Türkiyə mətbuatı, 26 avqust 2021

“Haber Türk”, “Vatan”, “Star”, “Yeni Şafak” və “Sabah” nələrdən yazır?

1697548
Türkiyə mətbuatı, 26 avqust 2021

 

“Haber Türk”: Türkiyə əsgəri Əfqanıstandan dönür

  Türkiyənin Milli Müdafiə Nazirliyi müxtəlif görüşlər, mövcud vəziyyət və şərait qiymətləndirilərək Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstandan çıxarılmasına başlanıldığını bildirdi.

“Vatan": Dövlət başçısı Ərdoğandan Taliban şərhi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisin Ahlat qəsəbəsində səfirlərlə axşam ziyafəti proqramında "Əfqanıstanda hərtərəfli bir hökumət qurulmalıdır. Taliban başçılarından gələn mesajlara hələlik ehtiyatlı bir optimizmlə baxırıq" dedi.

“Star”: Ərdoğan: “Dünyada hər gərgin məsələdə söz sahibi bir ölkəyə çevrildik"

  Malazgirt Zəfərinin 950-ci ildönümündə Bitlisin Ahlat qəsəbəsində təşkil edilən tədbirdə çıxış edən ölkə başçısı Rəcəb Tayyib Ərdoğan "Dünən öz sərhədləri içində ölüm-dirim mübarizəsi aparan bir ölkədən bu gün bölgədə və dünyada hər gərgin məsələdə söz sahibi bir ölkəyə çevrildik" dedi.

“Yeni Şafak”: “TURKOVAC” peyvəndi 3-cü mərhələsində könüllülərə tətbiq olunmağa başlandı

  Türkiyənin Kayseri Erciyes Universiteti ilə Səhiyyə Nazirliyi Türkiyə Sağlıq İnstitutları Departamentinin (TÜSEB) əməkdaşlığı ilə inkişaf etdirilən yeni tip koronavirus (Covid-19) peyvəndi “TURKOVAC” 3-cü mərhələsində universitetin könüllülərinə tətbiq olunmağa başlandı.

“Sabah”: İstanbul Havalımanı 2050-ci ilə qədər sıfır emisiya tətbiqinə başladı

  İstanbul Havalımanı Beynəlxalq Havalimanları Şurasının başladığı və 238 havalimanının iştirak etdiyi 2050-ci ilə qədər "Dəqiq sıfır CO2 emisiyası" tətbiqinə qatıldı.

 



Әlaqәli Xәbәrlәr