Türkiyə mətbuatı, 25 avqust 2021

“Hürriyet”, “Vatan”, “Yeni Şafak”, “Haber Türk” və “Sabah” nələrdən yazır?

1696963
Türkiyə mətbuatı, 25 avqust 2021

 

“Hürriyet”: Ərdoğandan “Haradaydıq, hara gəldik?” paylaşmaları

  Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan iqtidarda olduqları dövrdə Türkiyənin iqtisadiyyat, ətraf mühit, şəhərsalma, energetika, kənd təsərrüfatı, mədəniyyət, turizm, xarici işlər, müdafiə sənayesi və texnologiya sahələrində gəlinən nöqtəsini “twitter”dən qrafiklərlə paylaşaraq "Nə qədər yekunlaşdırmağa çalışsaq da, izah etməklə bitməyəcək, tükənməyəcək, saatlara, hətta günlərə sığmayacaq işlər gördük" ifadələrini işlədib.

“Vatan”: Çıxarılan türk sayı müəyyən oldu

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı türklərin çıxarılması ilə deyib: "Bu günə qədər Əfqanıstandan 1404 nəfəri çıxardıq. Bunlardan 1061-i bizim, digərləri ayrı ölkələrin vətəndaşlarıdır. Təxminən 200 nəfər dönmək istəyən vətəndaşımız da var".

“Yeni Şafak”: Ukrayna Müstəqillik Gününə “Bayraktar TB2” damğası

  Ukraynanın paytaxtı Kiyevdə təşkil edilən respublikanın müstəqillik qazanmasının 30-cu ildönümü paradında Ukrayna ordusuna aid Türkiyə istehsalı “Bayraktar TB2” PUA-ları da göstərildi. Bir PUA Kiyev üzərində uçarkən, digəri də mərasim meydanından keçdi.

“Haber Türk”: Türkiyə xarici inşaatda dünyada üçüncü oldu

  Beynəlxalq inşaat sektoru jurnalı olan “Engineering News Record”un (ENR) inşaat mühəndislərinin 2020-ci ildə ölkə xaricində fəaliyyətlərindən əldə etdikləri gəlirlər əsas götürülərək tərtib etdiyi siyahıda Türkiyə 40 firma ilə Çin (78 firma) və ABŞ-dan (41) sonra üçüncü oldu.

“Sabah”: "Filenin sultanları” 5-ini də 5 etdi!

  2021 Avropa Qadınlar Voleybol Çempionatında mübarizə aparan “Filenin sultanları” Hollandiyanı 3-0 hesabı ilə oyunların 5-ini də 5 etdi. A Milli Komandası D Qrupunu lider olaraq tamamlayaraq 8-ci finala yüksəldi.

 



Әlaqәli Xәbәrlәr