Türkiyə mətbuatı, 23 avqust 2021

“Yeni Şafak”, “Hürriyet”, “Star”, “Sabah” və “Haber Türk” nələrdən yazır?

1695618
Türkiyə mətbuatı, 23 avqust 2021

 

“Yeni Şafak”: Dövlət başçısı Ərdoğandan Avropa liderlərinə “Addım atın” çağırışı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa liderlərinə Əfqanıstan nizamsız köçü böhrana çevrilmədən addım atmaları üçün çağırış etdi. Avropa İttifaqı (Aİ) Şurasının sədri Mişel və İngiltərənin baş naziri Consonla telefonda danışan Ərdoğan Əfqanıstan və İranda lazımlı tədbirlər görülməzsə, yeni köç dalğasının qaçılmaz olduğunu söyləyib, problemin böhrana çevrilmədən başda Avropa ölkələri olmaqla, hər kəsin səmimi şəkildə əlini daşın altına qoymasının vacibliyini vurğulayıb.

“Hürriyet”: Türkiyədən “Sığınacaq mərkəzləri” xəbərlərini yalanlama

  Türkiyənin Xarici İşlər Nazirliyi İngiltərə mətbuatında çıxan “Əfqanıstan mühacirləri üçün Türkiyədə sığınacaq müraciət mərkəzi qurulması planlaşdırılır” kimi xəbərlərlə bağlı şərh verərək sözügedən məlumatın həqiqəti əks etdirmədiyi bidlirilib.

“Star”: "Bayraktar TB2” silahlı pilotsuz uçan aparatı (SİHA) dünyanın ən yaxşısıdır

  Pilotsuz uçan aparat (PUA) istehsalçısı “Baykar” firmasının texniki müdiri (CTO) Səlcuq Bayraqdar Türkiyənin PUA-da qabaqcıl olduğunu söyləyərək “Aeronavtikada öndə olan ölkələrə silahlı pilotsuz uçan aparat (SİHA) satmışıq”, “Bayraktar TB2” dünyanın ən yaxşısıdır” deyib.

“Sabah”: Sürətli inkişaf rekord qırdı

  Türkiyədə ilin ikinci rübündə gözlənilən rekord böyümə balanslara da əks olundu. İlk altı ayda endossamentlər ilk dəfə 1 trilyon lirəni keçdi. Dəqiq qazanc 155 faiz artaraq 89,5 milyard lirəyə çıxdı. İnkişafın lokomotivi olan sənaye sektorunun gəliri isə 5,5 qatdan çox artdı.

“Haber Türk”: A Milli Qadın Voleybol Komandası 3-ünü də 3 etdi

  Türkiyənin A Milli Qadın Voleybol Komandası Serbiya, Rumıniya, Xorvatiya və Bolqarıstanın ortaq təşkil etdiyi CEV Qadınlar Avropa Voleybol Çempionatı B Qrupundakı üçüncü matçında İsveçi 3-0 hesabı ilə məğlub etdi. Bundan əvvəl Rumıniya və Ukraynanı məğlub edən “Filenin sultanları” çempionatdakı 3 matçdan da qalib ayrıldı.

 



Әlaqәli Xәbәrlәr