Türkiyə mətbuatı, 19 avqust 2021

“Hürriyet”, “Vatan", “Star”, “Yeni Şafak" və “Sabah” nələrdən yazır?

1693663
Türkiyə mətbuatı, 19 avqust 2021

 

“Hürriyet": Ərdoğandan Talibanla görüş mesajı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan canlı televiziya proqramında Əfqanıstandakı vəziyyətə münasibət bildirərək deyib: "Əlaqədar təşkilatlarımız bir müddətdir Talibanla əlaqədə idilər. Biz Taliban idarəçilərini qəbul edə biləcəyimizi daha əvvəl söylemişdik. Əfqanıstan xalqının dincliyi ve ölkəmizin maraqlarının qorunması naminə hər cür əməkdaşlığa hazırıq. Taliban idarəçilərinin ölçülü və mülayim şərhlərini məmnuniyyətlə qarşılayırıq."

“Vatan": Akar “Əfqanıstanda mehmetciyin təhlükəsizliyi üçün hər cür tədbir gördük" dedi

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Əfqanıstandakı proseslərlə bağlı bunları söyləyib: "Mehmetciyin təhlükəsizliyi üçün hər cür tədbir gördük və görməyə davam edirik. Heç bir şəkildə mehmetciyin həyatını təhlükəyə atmaq olmaz."

“Star”: TSQ “Uçan-qala”nı göndərdi

  Taliban Kabildə idarəçiliyi ələ aldıqdan sonra Türkiyəyə dönmək üçün müraciət edən 200-dən artıq Türkiyə vətəndaşını aparan, Türkiyə Hava Qüvvələrinə aid "Uçan qala" adlı A-400 M tipli sərnişin təyyarəsi Kabildən havaya qalxdı.

“Yeni Şafak": Liviyadan cavab: “Türkiyə ilə razılaşmamızı pozmayacağıq"

  Liviya ilə Türkiyə arasında imzalanan müqavilənin təxirə salınması ilə bağlı çağırışlarla əlaqədar Liviya Dövlət Ali Şurasının sədri Xalid əl-Mişri "Razılaşmanın dondurulması istəyini tamamilə rədd edir və qınayırıq" dedi.

“Sabah": Almaniyalılar və rusiyalılar payızda da Türkiyədədir

  Almaniya və Rusiya turistləri payızı da Türkiyədə keçirəcək. Sentyabrda sahillərdəki otellərin 80 faiz dolması, tələbin oktyabra da sürüşməsi göstərir ki, mövsüm noyabrın ortasına qədər uzanacaq.



Әlaqәli Xәbәrlәr