Türkiyə mətbuatı, 10 avqust 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi.

1688375
Türkiyə mətbuatı, 10 avqust 2021

"Sabah": Ömer Çelik: "Türkiyə heç kimin qaçqın düşərgəsi deyil"

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik dünən yaydığı açıqlamada Türkiyənin heç kim üçün sığınacaq düşərgəsi olmadığını söylədi. Çelik "Türkiyə heç kimin qaçqın düşərgəsi deyil. Ölümdən qaçanı qorumamaq əxlaqi olmaz. Amma buranı qaçqın düşərgəsi kimi təqdim etmək düzgün deyil" dedi.

"Star": "TURKOVAC" müjdəli xəbər: Yüz faiz təsirlidir

Yeni növ koronavirus (Covid-19) əleyhinə Türkiyədə istehsal edilən "TURKOVAC" peyvəndinin İngiltərə variantına qarşı 100 faiz təsirli olduğu bildirildi. "TURKOVAC" Peyvənd Layihəsinin Rəhbəri, professor doktor Aykut Özdarendeli delta variantı üzərində işlərin də davam etdiyini söylədi.

"Vatan": Uğur Şahinin "Delta" variantı ilə bağlı açıqlaması

"BionTech" şirkətinin baş direktoru professor Uğur Şahin "BioNTech-Pfizer" tərəfindən hazırlanan ilk nəsil "Covid-19" peyvəndi "Delta" da daxil olmaqla dövriyyədə olan bütün variantlara qarşı təsirlidir" dedi.

"Hürriyet": "Gürcüstanın Baş naziri Qaribaşvilinin Türkiyənin bəyanatı"

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sərhəd qonşusu və strateji tərəfdaşı olan Türkiyə ilə əlaqələrinə və əməkdaşlığına böyük əhəmiyyət verdiklərini söylədi. Qaribaşvili dünən yaydığı açıqlamada "Türkiyə ilə strateji tərəfdaşlığımız var və təbii olaraq Türkiyə ilə dostluğa və əməkdaşlığa böyük əhəmiyyət veririk" dedi.

"HaberTürk": Günəşə və küləyə 1 trilyon dollarlıq sərmayə

Sənaye və texnologiya naziri Mustafa Varank qarşıdan gələn 10 ildə dövlət və özəl sektorun 1 trilyon dollarlıq külək və günəş enerjisindən istifadə etmək üçün sərmayə qoyduğunu söylədi. Varank "Bu çərçivədə Türkiyə olaraq, yenilənə bilən enerjidən maksimum istifadə edərək neft və qaza olan xarici asılılığımızı bir üstünlük halına gətirmək istəyirik" ifadələrdən istifadə etmişdir.



Әlaqәli Xәbәrlәr