Türkiyə mətbuatı, 3 avqust 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi.

1684591
Türkiyə mətbuatı, 3 avqust 2021

"Haber Türk": Ərdoğan: " Tunisdəki sabitlik bölgə üçün də vacibdir"

Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsindəki parlamentin işini dayandıran Tunis Prezidenti Kays Said ilə telefon söhbətində sabitliyin, daxili sülhün və əmin-amanlığın bölgə üçün də əhəmiyyətli olduğuna diqqət çəkib və Tunisdə demokratiyanın qorunması, azadlıqların təmin edilməsi və qanunun aliliyinə riayət edilməsinin çox dəyərli olduğunu bildirib.

"Vatan": Ərdoğan Milanoviçə təşəkkür etdi

Prezident Ərdoğan xorvatiyalı həmkarı Zoran Milanoviçlə telefonla danışıb.Ərdoğan telefon söhbətində meşə yanğınları səbəbiylə Türkiyəyə keçmiş olsun diləklərini çatdıran və yanğına qarşı mübarizədə həmrəylik və dəstək göstərən Milanoviçə təşəkkür edib.
Prezident Ərdoğan müttəfiqliq münasibətlərinin belə günlərdə daha mənalı hala gəldiyini dilə gətirib.

"Yeni Şafak": İxracda tarixi rekord

Türkiyənin ixracı yanvar-iyul dövründə bir əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35, yeni növ koronavirus (Covid-19) epidemiyasından əvvəlki dövrlə müqayisədə 16,4 faiz artaraq 121,4 milyard dollara çatdı. Son 12 ayda ixracat 201,5 milyard dollara yüksəldi və bu da Cümhuriyyət tarixində yeni bir rekord qırdı. İlk dəfə olaraq 200 milyard dollarlıq xətt keçildi.

"Hürriyet": Türk alimin inqilabi ixtirası

Türk elm adamı Rabia Tuğçe Yazıcıgil endoskopik diaqnoz üçün udula bilən noxud böyüklüyündə, kablı olmayan bir kapsul ixtira edib. Bağırsaq və həzm sistemi xəstəliklərinin diaqnozu üçün faydalı olan ixtira, xüsusilə endoskopiyada bir çox sahədə rahatlıq təmin edəcək. Kapsul udulandan sonra həzm sistemindən keçərkən eyni anda xəstəlik əlamətlərini təyin edir və cib telefonuna xəbər verə bilir. Kapsul ilə bir çox xəstəliyin erkən diaqnozu mümkün ola biləcək.

"Sabah": Voleybolda rəqib Cənubi Koreya

Voleybol üzrə qadınlardan ibarət Türkiyə millisinin 2020-ci il Tokio Olimpiya Oyunlarının 1/4 finalında rəqibi Cənubi Koreya oldu. B qrupunu 3-cü yerdə tamamlayan milli komanda, A qrupunu 3-cü yerdə bitirən Cənubi Koreya ilə qarşılaşdı. Milli komandanın dörddəbir final mərhələsi 4 avqust çərşənbə günü, Türkiyə vaxtı ilə saat 03.00-da başlayacaq.



Әlaqәli Xәbәrlәr