Türkiyə mətbuatı, 26 iyul 2021

“Sabah”, “Hürriyet”, “Yeni Şafak”, “Star” və “Vatan” nələrdən yazır?

1680046
Türkiyə mətbuatı, 26 iyul 2021

 

“Sabah”: Türkiyə yenilənəbilən enerji qaynaqları üzrə Avropanın 5-ci ölkəsidir

  Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murad Kurum ölkənin yenilənəbilən enerji qaynaqları ilə bağlı dünyanın 12, Avropanın 5-cisi olduğunu söyləyib: “Türkiyə qurulan gücün 52 faizini yenilənəbilən enerjidən təmin edir. Önümüzdəki 10 il içində hər il 10 gigavat külək və günəş enerjisi əldə etmək, yenilənəbilən enerji həcmini artırmaq üçün işlərimizi davam etdiririk."

“Hürriyet”: Yerli peyvənd il sonunda kütləvi istifadəyə hazır olacaq

  Virusa bənzəri parçacıq (VLP) əsaslı yerli “Covid-19” peyvənd işlərində 1 və 2-ci mərhələlər tamamlandı və könüllülərdə indiyə qədər hər hansı əks təsir görünmədi. Yerli peyvəndin il sonunda hazır olması üçün işlər sürür. VLP əsaslı yerli peyvəndin korona virisi növlərinə qarşı təpkisi ilə əlaqədar işlər də davam edir.

“Yeni Şafak”: Turizm sektorunda üzlər gülür

  Rusiya, Almaniya və Fransanın səyahət məhdudlaşdırmasını aradan qaldırması ilə 1 iyuldan başlayan normallaşma müddəti və Qurban bayramı tətili Türkiyədə böyük turizm hərəkətinə səbəb oldu. Milyonlarla adamın sahil bölgələrinə hərəkəti, sağlıq turistinin də sanatoriyalara axını otelləri doldurdu. Daxili bazarda turizmin ən yaxşı ili sayılan 2019-cu il rəqəmləri geridə qaldı. Xarici bazarda isə 50-dən çox ölkədən qonaq gəldi.

“Star”: Yerli uçan avtomobil AirCar üçün tarix müəyyən oldu

  Türkiyənin yerli texnologiya şirkəti “Softtech”in həm sərmayəçisi, həm də inkişaf etdiricisi olduğu uçan avtomobil ilk prototipi ilə sınaq uçuşunu tamamladı. Tək sərnişinlə 80, iki adamla isə 50 kilometr məsafə qət edəcək 100 faiz elektrikli nəqliyyat vasitəsinin 2025-ci ildən İstanbul səmalarında uçması planlaşdırılır.

“Vatan”: A Milli Qadın Voleybol komandasından möhtəşəm başlanğıc

  2020 Tokio Olimpiadasında B qrupunda mübarizə aparan A Milli Qadın Voleybol Komandası Çini 3-0 hesabı ilə yendi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olimpiada çempionunu məğlub edən milliləri təbrik etdi. Bundan sonra “Filenin sultanları” qrupda Amerika Birləşmiş Ştatları, Argentina, İtaliya və Rusiya ilə mübarizə aparacaq.

 



Әlaqәli Xәbәrlәr