Türkiyə mətbuatı, 16 iyul 2021

“Yeni Şafak”, “Hürriyet”, “Vatan”, “Haber Türk” və “Star” nələrdən yazır?

1676115
Türkiyə mətbuatı, 16 iyul 2021

 

“Yeni Şafak”: 15 iyulda meydanlar yenə doldu

  Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul 2016-cı ildəki qanlı çevriliş cəhdindən 5 il keçdi. O gecə ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın çağırışıyla meydanlara toplanan vətəndaşlar böyük bir qəhrəmanlıq hekayəsi yazdı. Bu il də iyulun 15-ində yurdun dörd bir tərəfində Türkiyə həm şəhidlərini andı, həm də qiyamçılara qarşı qazandığı zəfəri qeyd etdi.

“Hürriyet”: Ərdoğan “Böyük və güclü Türkiyənin inşasına maneə ola bilməyəcəklər" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətiylə Millətə Səsləniş çıxışı etdi: “Millətimizə qarşı hiyləgər niyyətlər bəsləyən həvəskarlara “bacara bilməyəcəksiniz” deyirik. Dünən bacara bilmədilər, bu gün bacara bilmədilər, sabah da inşaallah, bacara bilməyəcəklər. Böyük və güclü Türkiyənin inşasına maneə ola bilməyəcəklər.”

“Vatan”: 15 İyul Demokratiya Muzeyi açıldı

  Türkiyə prezidenti Ərdoğan Prezident Administrasiyası qarşısında tikilən, FETÖ-nün xain çevriliş cəhdinin xüsusi səs və vizual effektlərlə göstərildiyi 15 İyul Demokratiya Muzeyinin açılışını reallaşdırdı. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan muzeydə çevriliş cəhdinə qarşı müqavimət göstərən vətəndaşların yaşadıqlarının paylaşıldığı görüntüləri izləyərkən kövrəldilər.

“Haber Türk”: Milli birlik və mənəvi gücün simvolu

  FETÖ-nün 15 iyul 2016-cı ildəki xain çevriliş cəhdi zamanı birlik və bərabərliyin simvolu olan salelər 81 rayondakı 90 min məsciddə təkrar oxundu. O zaman millətə birlik ruhu aşılayan və mənəvi güc təmin edən sale səsləri Türkiyə saatıyla 00.13-dən ölkə üzrə bütün məscidlərdən eyni anda yenidən yüksəldi.

“Star”: Dünyanın ən məşhur meydanından dəqiq mesaj: Türkiyə keçilməz

  Amerika Birləşmiş Ştatlarının Nyu-Yorkda şəhərindəki “Times” meydanında rəqəmnsal nəhəng ekranda 15 İyul Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Fətullahçı Terror Təşkilatının (FETÖ) cəhd etdiyi çevriliş cəhdinə qarşı Türkiyə millətinin mübarizəsini göstərən görüntülər “Demokratiya zəfəri” (Victory of Democracy) və “Türkiyə keçilməz” sözlərilə əks olunub.

 



Әlaqәli Xәbәrlәr