Türkiyə mətbuatı, 23 iyun 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1663031
Türkiyə mətbuatı, 23 iyun 2021

"Star": Yerli peyvəndin adı açıqlandı

Prezident Rəcəb Tayyib Ərdoğan könüllülərə yerli aşının üçüncü fazasının ilk dozasının vurulduğu Ankara Şəhər Xəstəxanasındakı mərasimə video-konfrans vasitəsilə qatıldığı zaman üçüncü fazanın ilk tətbiqi ilə birlikdə Türkiyədə artıq bu sahədə bir dönəmin qapılarının açıldığını bildirərək,"Covid-19" peyvəndin adının "TURKOVAC" olduğunu elan edib. 

"Sabah": Ərdoğandan yerli vaksin mesajı

Qətər İqtisadi Forumundakı çıxışında Prezident Ərdoğan dünyadakı vaksin ədalətsizliyi ilə əlaqəli olaraq "85 yoxsul ölkənin vaksin əldə etmək imkanı yoxdur. Peyvənd və dərmanlar bütün ölkələrə ədalətli bir şəkildə təqdim edilməlidir" deyib. Ərdoğan Türkiyənin yerli vaksinin bütün bəşəriyyətin vaksini olacağını bildirib.

"Hürriyet": Aİ-nin Türkiyə ilə əlaqəli açıqlaması

Avropa Komissiyasının sədri Ursula von der Leyen Avropa İttifaqının (Aİ) Türkiyə ilə miqrant müqaviləsini yeniləməli olduğunu söyləyib.

"Habertürk":  ABŞ nümayəndə heyəti Türkiyəyə gələcək

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndə heyəti iyunun 24-də Türkiyəyə səfər edəcək.
Səfər zamanı Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu müzakirə ediləcək.

"Yeni Şafak": Cari il turist sayı 20 milyonu keçəcək

Turizm sektoru təmsilçiləri görülən tədbir və qərarlardan sonra Türkiyənin sahillərinə böyük tələbatın olduğunu və rezervasiyalarda ciddi artım olduğuna diqqət çəkirlər. Rusiyanın uçuşlara icazə vermək qərarından sonra ilk gündən hava yolu hərəkətində 30 faiz artım olduğu bildirilir. Keçən il 16 milyon turist gəldikdə, bu ilki gözləntilər isə artıq 20 milyon həddini keçib.



Әlaqәli Xәbәrlәr