Türkiyə mətbuatı, 15 iyun 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1658090
Türkiyə mətbuatı, 15 iyun 2021

"Vatan": Prezident Ərdoğan: "Baydenlə razılaşdıq"

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Cozef Bayden ilə çox faydalı bir görüşdüklərini söylədi. Dövlət başçısıl "Təsirli əməkdaşlığa ehtiyac duyduğumuz bölgələrdə Cənab Bayden və komandası ilə görüşdük. Biz birbaşa dialoq kanallarını qorumaq barədə razılığa gəldik" dedi.

Star: Ərdoğan dünyaya elan etdi: Gözlədiyimiz dəstəyi görmədik"

Prezident Rəcəb Tayyib Ərdoğan dünən NATO-nun iclasında video-konfrans casitəsilə çıxış etdi. Dövlət başçısı "Sərhəddən kənardakı əməliyyatlarımızda təxminən 4000 DEAŞ terrorçusunu zərərsizləşdirdik. Terrorun hər növünə qarşı mübarizəmizdə təəssüf ki, müttəfiqlərimizdən və ortaqlarımızdangözlədiyimiz dəstəyi və həmrəyliyi görmədik" dedi.

"Hürriyet": "Antaliyada hava yolu hərəkətində fəallıq  
Antaliyaya 8 gündə 120 min turist gəldi.

Dünyanın dörd bir tərəfindən qonaq qarşılayan Antaliyada turizm mövsümü hərəkətlənməyə başladı. Bu canlanma hava yolu sıxlığında da özünü göstərir.

Fraport TAV Antaliya Havalımanının baş direktoru Bilgihan Yılmaz sözügedən mövzu ilə bağlı deyib: “Yoluxma hallarının azalması və peyvəndləmənin sürətlənməsi öz müsbət təsirini göstərir. Almaniya, Ukrayna və Polşadan gələn sərnişin sayı artıb. 
"Sabah": Milli elektirikli qatar istehsalı

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu milli elektrikli qatarı haqqında "Akkreditə olunmuş bir qurumun nəzarəti altındakı səfər təhlükəsizliyi və rahatlıq testləri keçiləcək. Qatarımızı bu il istifadəyə verəcəyik" dedi.

"Haber Türk": "Avtomobildə istehsal və ixrac artdı

Yanvar-may aylarında Türkiyədə avtomobil istehsalı bir əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artaraq 532 min 441 ədədə çatdı. Eyni dövrdə avtomobil ixracı ədəd olaraq 18 faiz artaraq 391 min 70 oldu.



Әlaqәli Xәbәrlәr