Türkiyə mətbuatı, 4 iyun 2021

“Hürriyet”, “Yeni Şafak”, “Vatan”, “Star” və “Sabah” nələrdən yazır?

1651470
Türkiyə mətbuatı, 4 iyun 2021

 

“Hürriyet”: Türkiyənin ABŞ-dan gözləntisi

  Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik ölkə başçısı Rəcəb Tayyib Ərdoğan ilə Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin (Joe Biden) 14 iyunda Belçikanın paytaxtı Brüsseldə olacaq görüşü ilə bağlı “Əməkdaşlıq sahələri ixtilaflara görə daha çoxdur” dedi. Çelik onu da bildirdi ki, ABŞ Fətullahçı Terror Təşkilatını (FETÖ) himayədən əl çəkməli və bölücü terror təşkilatı PKK-nın davamı olan PYD/YPG-yə dəstək verməməlidir.

“Yeni Şafak”: Türkiyə SİHA-ları dünya gündəmindən düşmür

  Amerikanın “The Wall Street Journal” mətbuat orqanı Türkiyənin silahlı pilotsuz uçan aparatı “Bayraktar TB-2”dən bəhs edib. Məqalədə Türkiyə istehsalı SİHA-ların müharibə meydanlarını dəyişdirdiyi yazılır, “Bayraktar TB-2”in performansına və xərcinin uyğunluğuna diqqət çəkilərək Suriya, Liviya və Azərbaycanda vəziyyəti öz lehinə çevirdiyi vurgulanır.

“Vatan”: Türkiyə ilə ŞKTR arasında ticarət və iqtisadi əməkdaşlıq

  Türkiyə ilə Şimali Kipr Türk Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlığın İnkişaf Etdirilməsinə dair Protokol imzalandı. İmza mərasimində çıxış edən ticarət naziri Mehmet Muş 84 milyon əhalisi, coğrafi mövqeyi və böyük daxili bazarı ilə bu gün bir çox beynəlxalq firmaların diqqətini çəkən Türkiyənin Qıbrızın dünyaya açılan qapısı olduğunu söylədi.

“Star”: Tatar “Qıbrızda yaxşı niyyət və quruluşçu mövqeyi davam etdirəcəyik" dedi

  Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Cənubi Kiprin (Rum) başçısı Nikos Anastasiadislə onlayn olaraq görüşüb. Bölgənin rifah və sabitliyi üçün iki tərəf arasında əməkdaşlıq axtarışlarını yaxşı niyyət və quruluşçu mövqe ilə davam etdirəcəklərini bildirən Tatar eyni müsbət yanaşmanı adada yaşayan iki xalqın maraq və mənfəətlərini qorumaq naminə həmsöhbətindən də gözlədiyini söylədi.

“Sabah”: Ekoloji turizmin yeni ünvanı - Türkiyə

  Dünyada önə çıxan ekoloji turizmin yeni ünvanı Türkiyə olacaq. Meşə Təsərrüfatı Departamentinin 2021-2025-ci il hərəkət planı çərçivəsində təyin olunan 110 rota ilə təbiətlə baş-başa qalmaq istəyən turistlər bu rotalarla sağlam bir tətillə yanaşı ətrafdakı tarixi və mədəni abidələri də görmək, dəyərləndirmək fürsəti tapacaqlar. Turistlər mobil tətbiqlə sözügedən rotalara çata biləcəklər.

 

 



Әlaqәli Xәbәrlәr