Türkiyə mətbuatı, 15 aprel 2021

“Hürriyet”, “Haber Türk”, “Yeni Şafak”, “Star” və “Sabah” bu gün nələrdən yazır?

1621623
Türkiyə mətbuatı, 15 aprel 2021

 

Hürriyet”: Gənclər soruşdu, prezident Ərdoğan cavab verdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 14-də "Kitabxana söhbəti" adlı tədbir çərçivəsində Millət Kitabxanasında gənclərin suallarını cavablandırdı. “Kanal İstanbul” layihəsilə bağlı "İstanbula müstəqilliyimiz və suverenliyimizin tam təsisi olan bir əsər qazandırırıq" dedi.

Haber Türk”: Çavuşoğlundan Misir şərhi

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 14 aprel şərhində "Misirlə əlaqələrdə yeni bir dövr başlayır; qarşılıqlı səfər və görüşlər olacaq" deyə söylədi.

Yeni Şafak”: Altun “Vilders irqçiliyi, şiddəti və faşizmi təmsil edir" dedi.

  Hollandiya Azadlıq Partiyasının sədri irqçi Qirt Vildersin (Geert Wilders) "İslamı və Ramazanı dayandırın" paylaşmasına reaksiya verən Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bunları söyləyib: "Ürəksiz Vilders həddindən artıq irqçiliyi, şiddəti və faşizmi təmsil edir. İslam isə şiddəti, irqçiliyi və faşizmi qınayır. İrqçiliyi dayandırın".

“Star”: Qanları yerdə qalmadı; narıncı kateqoriyadakı terrorçu öldürüldü

  Türkiyənin daxili işlər naziri Süleyman Soylu Diyarbəkirdə 5 vətəndaş və 1 jandarma üzvünü şəhid edən, biri narıncı kateqoriya olan bölücü terror təşkilatı PKK-nın 2 üzvünü zərərsizləşdirdi.

Sabah”: Baş Qərargah rəisi general Yaşar Güler ABŞ-ın Baş Qərargah rəisi general Mark Milleylə danışdı

  Türkiyənin Baş Qərargah rəisi general Yaşar Güler ABŞ-ın Baş Qərargah rəisi general Mark Milleylə telefonda danışdı. Söhbət zamanı aktual proseslərlə bağlı fikir mübadiləsi aparıldı.



Әlaqәli Xәbәrlәr