Türkiyə mətbuatı, 13 aprel 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1619977
Türkiyə mətbuatı, 13 aprel 2021

"Yenişafak": Prezident Ərdoğan: "Liviyaya dəstəkləməyə davam edəcəyik"

Prezident Rәcәb Tayyib Әrdoğan Türkiyәyә rәsmi sәfәr edәn Liviya Milli Hәmrәylik  Hökumətinin  Baş naziri Əbdülhəmid Dibeybe ilә birgә mətbuat konfransı təşkil edib. ‘‘Liviya ilə 2019-cu ilin dekabr ayında  dəniz yurisdiksiyaları barədə imzalanan anlaşma memorandumu iki ölkənin milli maraqlarını və gələcəyini zәmanәt altına alıb. Sülh, əmin-amanlıq və firavanlığın hökm sürdüyü bir Liviya üçün səylərimizi birlikdə davam etdirəcəyik’’,-deyә Rәcәb Tayyib Әrdoğan vurğulayıb.

"Vatan": Misirin Türkiyə ilə bağlı açıqlaması

Misirin xarici işlər naziri Samih Şukri ölkəsinin Türkiyə ilə iki tərəfin də  marağına olacaq dialoq və beynəlxalq hüquq əsaslarına uyğun əlaqələr qurulmasında istəkli olduğunu bildirdi.

"Sabah": Dünyanın ən güclü orduları açıqlandı

Hər il dünya dövlətlərinin hərbi güclərini ciddi nəzarət altına alaraq qlobal güc siyahısını açıqlayan ABŞ-da yerləşən "Global Firepower" 2021-ci il üçün hərbi güc siyahısını paylaşdı. Xüsusilə son illərdə inkişaf etdirdiyi PUA/SPUA (pilotsuz uçuş aparatı/silahlı pilotsuz uçuş aparatı texnologiyası ilə dünya nəhənglərindən birinə çevrilən Türkiyə Silahlı Qüvvələri bu il zirvəyə daha da yaxınlaşdı və 11-cu yeri tutdu.

"Hürriyet": "Hürjet" quraşdırma işlərinə hazırlaşır

Türk Hava və Kosmik Sənayesi A.Ş. (TUSAŞ) kritik dizaynın tamamlanması ilə yerli reaktiv təlim təyyarəsi "Hürjet" üçün fəal şəkildə detallı hissələr istehsal etməyə başladı. İlin sonunda quraşdırma işlərinə başlanması hədəf götürülüb.

"Star": THY Avropada liderliyini qorudu

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 4-11 aprel tarixli uçuş hərəkəti hesabatına görə, Türk Hava Yolları gündəlik orta hesabla 779 uçuşla avropalı rəqiblərini üstələdi.



Әlaqәli Xәbәrlәr