Türkiyə mətbuatı, 15 mart 2021

Türkiyənin informasiya vasitələrində gündəmə dair dərc olunan xəbərlərin xülasəsi

1601234
Türkiyə mətbuatı, 15 mart 2021

 “Star”: Ərdoğan: “Türkiyə dünyanın ən görkəmli ölksidird”

Prezident Rəcəb Tayyib Ərdoğan 14 Mart Tibb Bayramı münasibətiylə təşkil edilən tədbirə göndərdiyi mesajında, bəşəriyyətin əsrin ən ciddi sağlamlıq fəlakətlərindən birini yaşadığını xatırladıb. Kovid-19 əleyhinə vaksinasiya işlərinin uğurla davam etdirən Türkiyənin peyvən vurulanların sayı baxımından dünya ölkələri arasında ilk sıralarda iştirak etdiyini , bu uğura əsas imza atanların xalqımızın sağlamlığını bərpa etmək üçün gecə-gündüz çalışan səhiyyə işçilərinin olduğunu vurğulayıb.

“Yenişafak” : Türkiyə Kosovanın Qüdsdə səfirlik açmasını qınadı

Xarici İşlər Nazirliyinin mövzu ilə əlaqəli açıqlamasında: “Kosovanın Qüdsdə səfirlik açmasını narahatlıqla izləyir və qınayırıq”.

“Hürriyet” : THY-den sərnişinlərə yazılı məlumat xəbərdarlığı

 Türk Hava Yolları (THY), Türkiyəyə gələcək sərnişinlərdən, “http: //register.health.gov.t” ünvanında tələb edilən məlumatları uçuşlarından 3 sutka əvvəl yazılı olaraq bildirmələrini tələb edir.

“Vatan”: AXINCI TİHA-dan (Silahlı pilotsuz uçuş aparatı) böyük müvəffəqiyyət

Türkiyə istehsalı “AXINCI TİHA” daha bir sınaqdan uğurla keçdi. Baykardan yayılan açıqlamada AXINCI PT-2 (AXINCI Prototype 2 Pilotsuz uçuş aparatı) Ətraflı Sistem Tanıma Testini uğurla tamamladığı, beləcə hər bir sınaq nəticəsində aparatdan istifadə etməyə daha bir addım yaxınlaşıldığı qeyd edilib.

“Sabah”: Van Gölü NASA-nın favoritləri arasındadır

ABŞ Aviasiya və Kosmik Agentliyinin (NASA) 20 ildən çoxdur Beynəlxalq Kosmik Stansiyasında xidmət edən astronavtlar tərəfindən çəkilən “20 dünya fotoşəkilindən ibarət” onlayn müsabiqədə Van gölünün kosmosdan çəkilmiş fotoşəklinin iştirak etməsi Van və Bitlis xalqı tərəfindən yüksək qiymətləndirildi. Van gölünün dünyanın nəhəng Soda (Na2CO3) gölü olduğu məlumatı ilə birlikdə əks edən fotoşəkil qısa müddətdə minlərlə insan tərəfindən bəyənildi.

 



Әlaqәli Xәbәrlәr