Türkiyə mətbuatı, 9 mart 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunan bəzi xəbərlərin xülasəsi

1597597
Türkiyə mətbuatı, 9 mart 2021

“Sabah”: Ərdoğan : “Son vaxtlar ölkəmizə gətirilən xarici kapital artıb”

Prezident Rəcəb Tayyib Ərdoğan növbəti Boğaziçi zirvə toplantısına göndərdiyi video mesajında, Türkiyənin iqtisadi artım baxımından dünya ölkələri arasında Çindən sonra ikinci sırada iştirak etdiyini, son dövrdə Türkiyədə xarici invəstisiya yatırımında böyük nisbətdə artım qeydə alındığını bildirib. “Yenişafak”: “İngiltərə Baş naziri Boris Johnson terror təşkilatı PKK-nı qınadı”

İngiltərə Baş naziri Boris Johnson Prezident Ərdoğan ilə telefon danışığı keçirib. Boris Johnson danışıq zamanı 13 Türkiyə vətəndaşının Şimali İraqdakı Qara bölgəsində şəhid olmasına görə prezident Ərdoğana başsağlığı verib və terror təşkilatı PKK-nı lənətlədiyini bildirib.

“Habertürk” : “Oppo-nun İstanbul Tuzladakı fabrikində 1000 nəfər işə cəlb olunacaq”.

Sənaye və Texnologiya Naziri Mustafa Varankın məlumatına görə Çinin istehsal etdiyi Oppo smartfonun sınaq istehsalına Türkiyənin Tuzla şəhərində qurulan zavodda başlanıb. Nazir qeyd edib ki, fabrik bütün tutumu ilə fəaliyyətə başladıqda min nəfərə məşqulluq qapısı açılacaq.

“Star”: “yalnız Türkiyədə böyüyür”

Artvin şəhərinin Hopa qəsəbəsində yalnız Türkiyədə böyüyən ultra endemik göbələk növləri aşkar edilib. Isparta Tətbiqi Elmlər Universiteti Atabey texnikumu Müəllimi Oğuzhan Kaygusuzun tapdığı köbələk yalnız Türkiyədə böyüyən növ oldması səbəbilə ‘Pluteus anatolicus’ adı ilə qeyd edildi.

“Hürriyet”: “Rus turistlər Kekovada yay fəslini yaşadılar”

 Rus turistlər temperaturun artdığı Antaliyanın Dəmrə qəsəbəsinə axışdı. Təbiət gözəlliyi göz oxşayan Dəmrə qəsəbəsinə axışan Rus turistlər Aralıq dənizinin mavi sularında çimib və yaxta turlarına qatıldılar.



Әlaqәli Xәbәrlәr