Türkiyə mətbuatı , 12 fevral 2021

Yerli informasiya vasitələrində gündəmə dair dərc olunan xəbərlərin xülasəsi

1582133
Türkiyə mətbuatı , 12 fevral 2021

 “Star”: Prezident Ərdoğan Kovid-19 əleyhinə peyvəndin ikinci dozasını qəbul etdi.

 Prezident Rəcəb Tayyib Ərdoğan, sosial media hesabından etdiyi paylaşımda, “Kovid-19” əleyhinə peyvəndin ikinci dozasını da  qəbul  etdiyini  bildiri. Qısa müddətdə bütün vətəndaşlara da peyvənd vurulmasını planlaşdırdıqlarını qeyd edib.

“Sabah”: Xarici İşlər Nazirliyindən ABŞ-a sərt reaksiya

 Xarici İşlər Nazirliyi, “Heç bir dövlət və heç kimsə Türk məhkəmələrinə mühakimə prosesləri ilə əlaqəli göstəriş verə bilməz” deyərək ABŞ-nın Türkiyədə həbsdə olan iş adamı Osman Kavalanın sərbəst buraxılması tələbinə sərt reaksiya verib.

“Hürriyet”: Fuat Oktay Kiprdə məsələsinin iki dövlətli həll yolu əsasında müzakirə edilməsini istəyib.

Türkiyə və Şimali Kipr Türk Respublikası arasında baş tutan 2021 maliyyə protokoluna dair danışıqlara qatılmaq üzrə Lefkoşada səfərdə olan vitse-prezident Fuat Oktay Kipr problemi iki dövlətli həll yolu əsasında müzakirə olunmalıdır deyib.

“Habertürk” : Üçüncü “FSRU” təsisi bu il istifadəyə veriləcək

 Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönməz, təbii qazda tədarük təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli addımlar atdıqlarını ifadə edərək, iki FSRU-nın (üzən LNG saxlama və qazlaşdırma Təsisi) istifadəyə verildiyini və mövcud LNG terminalların potensialının iki dəfə artırıldığını bildirib. Üçüncü FSRU təsisinin isə cari ildə istifadəyə hazır olacağını qeyd edib.

“Yenişafak”: Tələbələrə pulsuz yemək paylayan Türk vətəndaşı Fransız mediasının gündəmində.

 Fransanın Reims şəhərində “L'Istanbul” adlı kabab restorantının  sahibi Türkiyə vətəndaşı Mavzer Taşdələn, yüzlərlə tələbəyə müəyyən günlərdə və saatlarda pulsuz dönər paylayır. Epidemiya böhranından təsirlənən tələbələrə dəstək məqsədiylə bu addımı atdıqlarını ifadə edən Taşdələnin kampaniyası Fransız KİV-lərinə əks edib.



Әlaqәli Xәbәrlәr