Türkiyə mətbuatı, 08 fevral 2021

Türkiyə  informasiya  vasitələrində gündəmə dair dərc olunan xəbərlərin xülasəsi

1579098
Türkiyə mətbuatı, 08 fevral 2021

“Hurriyet”: Türkiyə Avropadan irəlidə

 Koronavirus dəhşəti davam edərkən hər kəs  'Həyat nə vaxt normallaşacaq' sualını  ünvanlayır. ABŞ-nın telekanallarından  Bloomberg-in  hesabatına görə   peyvənd paylanmasının  bu sürətlə davam etməsi  və   və yeni variantlara qarşı təsirli  olması   halında  qlobal immunitetin yaranması  7  il çəkə bilər. Lakin  Türkiyədə  qlobal  immunitetin 2.6 il sonra  reallaşa biləcəyi   təxmin  edilərkən,  Almaniyada  3.2, Belçikada  3,4   və   Hollandiyada 3,9 il  ərzində  mümkün ola biləcəyi proqnozlaşdırılır.

“Star” : İki ölkə arasında  bir  ilk  reallaşır, investisiya üçün Türkiyəyə gəlirlər.

Macarıstan Xarici işlər və ticarət Naziri Peter Szijjarto, Macarıstan şirkətinin tibbi sərmayə qoyuluşu  ilə əlaqəli Türkiyəyə gəlir. Macarıstan  bu  sahədə   2 milyon avroluq   sərmayə    həyata  keçirəcək.   Bu  Macarıstan  tərəfindən  tibb  sənayesi  sahəsində birbaşa   həyata  keçirilən  ilk yatırım  hesab  edilir.

“Habertürk”: Yerli  istehsal olan Piyada Tüfənginin  yeni versiyası  istifadəyə  hazırdır

Türkiyənin Maşın və Kimya Sənayesi Korporasiyası tərəfindən dizayn və uyğunlaşdırılan Milli Piyada Tüfəngi “MPT-76-MH” təhlükəsizlik qüvvələrinin istifadəsinə hazır vəziyyətə gətirildi. Tüfəngin yeni  versiyasının  çəkisi  400 qram  azaldılaraq  3,750 kiloqram  olub.  

“Sabah”: Yeni identifikasiya sistemin istifadəsi mart ayında başlayır

“Biyoteksan” Havelsan şirkətinin  texniki  dəstəyi ilə barmaq izi götürən aparatın   istehsalında  son mərhələyə   çatıb. Aparatın  istifadəsinə  mart ayından etibarən Daxili İşlər Nazirliyində  başlanacaq.

“Yenişafak”: Yanvar  ayında  Kapadokya  42.560 turistə  ev  sahibliyi etdi

Türkiyənin pəribacaları, göz oxşayan  vadiləri  və  yeraltı şəhərləriylə  məşhur  Kapadokya bölgəsi   yanvar ayında  42 min 650 yerli və xarici turistə  ev  sahibliyi  edib. 



Әlaqәli Xәbәrlәr