Türkiyə mətbuatı, 7 dekabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1540638
Türkiyə mətbuatı, 7 dekabr 2020

"Haber Türk": Xarici İşlər Nazirliyi: Yunanıstan gərginliyi artırmaq üçün fəaliyyətlərini davam etdirir
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstan mətbuatında "Türkiyənin Avropa İttifaqının (Aİ) zirvə yığıncağından əvvəl Egey və Aralıq dənizlərindəki hərbi fəaliyyətlərini artdığına dair" yer alan xəbərlərlə əlaqədar sualları cavablandırıb.
Bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirən Aksoy deyib:
"Əksinə Yunanıstan 20 oktyabr tarixindən etibarən Egeydə və Şərqi Aralıq dənizlərində 24 hərbi fəaliyyət göstərəcəyini elan edərək bölgədəki təxribat və gərginliyi artıran hərbi fəaliyyətlərini davam etdirir". 
Yunanıstanın 9 oktyabrdan bəri NATO-nun hərbi səlahiyyətliləri tərəfindən təşkil edilməsi planlaşdırılan iclaslara da qatılmadığını qeyd edən Aksoy "Yunanıstan Türkiyə ilə ikitərəfli problemlərini başqalarının köməyini istəyərək deyil, ancaq Türkiyə ilə masaya oturaraq, dialoq və əməkdaşlıqla həll edilə bilər" ifadəsini işlədib.
"Hürriyet": Milli Müdafiə Nazirliyi açıqladı: 28 əməliyyatda 58 terrorçu zərərsizləşdirildi
Milli Müdafiə Nazirliyinin dünən verdiyi açıqlamaya görə, son 1 ayda həyata keçirilən 28 əməliyyatda 58 terrorçu zərərsizləşdirilib.
"Sabah": "Kanuni" kəşfiyyat-axtarış  gəmisi vəzifəyə hazırdır
Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönmez Türkiyənin üçüncü qazma gəmisi "Kanuni"nin Qara dənizdə qazma işlərinə başlamağa hazırlaşdığını bildirdi. Dönmez dünən "Twitter" hesabında gəminin şəkillərini əks etdirən bir video paylaşaraq ""Kanuni" sərt Qara dənizdə qazma işlərinə hazırlaşır. Qüllə birləşdi. Geri sayma başladı ..." dedi.
"Star": İstanbul Hava Limanı Avropada ən çox uçuşun reallaşdığı hava limanı oldu
Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) məlumatına görə, İstanbul Hava Limanı 28 noyabr - 4 dekabr tarixləri arasında Avropada ən çox uçuş həyata keçirən hava limanı idi. İstanbul Hava Limanı 28 noyabrda 471, 29 noyabrda 542, 30 noyabrda 496 uçuşla Avropanın lider hava limanlarını üstələdi.
"Vatan": Foçada sürpriz! Təxminən 250 il əvvələ aiddir
Türk alimlərinin İzmirin Foça qəsəbəsi yaxınlığında apardıqları araşdırmalarda 18-ci əsrin sonunda batdığı düşünülən və hissələri geniş bir əraziyə səpələnmiş hərbi gəmi tapıldı. Gəminin hansı ölkədə hansı məqsədlə istifadə edildiyi barədə məlumatları müəyyənləşdirmək üçün ətraflı bir araşdırmaya başlanılıb.



Әlaqәli Xәbәrlәr