Türkiyə mətbuatı, 4 noyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasasi.

1521343
Türkiyə mətbuatı, 4 noyabr 2020

"Habertürk": Ümidin adı: Ayda Gezgin
İzmirdə zəlzələnin ən çox ziyan vurduğu Bayraklı qəsəbəsində 3 yaşındakı körpə Ayda Gezgin 91-ci saatda xilas edildi. Körpəyə ilk müdaxilə hadisə yerində edildi.
"Sabah": "Nazir Akarın Şərqi Aralıq dənizi ilə əlaqəli açıqlaması!
Milli Müdafiə Naziri Hulusi Akar Şərqi Aralıq dənizi ilə əlaqəli açıqlamasında Yunanıstanın ərköyünlükdən əl çəkib beynəlxalq hüquqa uyğun hərəkət etməsinin vacibliyini ifadə edərək, "Heç kim gücündən kənara çıxaraq bəzi şeylər etməyə cəhd göstərməməlidir, bunlar çıxılmaz yoldur" dedi.
"Yenişafak": Avstriyada terror hücumu: İki Türk milli qəhrəman elan edildi

Avstriyanın paytaxtı Vyanada baş verən terror aktında bir qadını və bir polis işçisini xilas edən iki türk ölkədə milli qəhrəman elan edildi. Hücumda yaralanan bir qadını restorana aparan Rəcəb Tayyib Gültekin və Mikail Özenin bölgədəki insanlara hücum zamanı "əyilin, özünüzü qoruyun"' barədə xəbərdarlıq etdiyi görülür.
"Star": Dünyada yalnız üç ölkədə var! Türkiyə 5 ölkəyə xidmət göstərir
Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Beynəlxalq Peyk Əsaslı Dəniz və Hava Axtarış və Xilasetmə Sisteminə virtual peyk siqnal ötürücü simulyator əlavə etdiklərini bildirdi. Nazirl Karaismailoğlu "Türkiyə bütün insanlığın xidmətindədir. Dünyada yalnız üç ölkədə yerləşən virtual peyk siqnal ötürücü simulyator sistemimizə Beynəlxalq Peyk əsaslı Dəniz və Hava Axtarış və Xilasetmə sistemi əlavə edildi. Gürcüstan, Ukrayna, İran, İraq və Əfqanistana koordinator ölkə olaraq xidmət göstəririk" dedi.
"Hürriyet": Böyümə tam sürətlə davam edir!
Türkiyə avtomobil və yüngül ticari nəqliyyat vasitələri bazarı yanvar-oktyabr dövründə bir əvvəlki ilin həmin dövrü ilə müqayisədə 78,1 faiz inkişaf edərək 588 min 354 ədəd olaraq reallaşdı. 



Әlaqәli Xәbәrlәr