Türkiyə mətbuatı, 30 oktyabr

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1518486
Türkiyə mətbuatı, 30 oktyabr

"Sabah": Ərdoğan: "Müstəqillik uğrunda mübarizəmiz bitməyəcək”

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Ankarada Cümhuriyyətin yaranmasının 97-ci ildönümü ilə əlaqədar Milli Mübarizə Sərgisinin açılışında “Millətimizin müstəqillik mübarizəsi heç bitməyəcək. Ölkəmizi hədəflərinə çatdırmağa davam edəcəyik” deyib.

"Haber Türk": Putindən Qarabağ və Türkiyə açıqlaması

Rusiya dövlət başçısı Vladimir Putin Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlara Türkiyə də daxil olmaqla, bir çox ölkənin qatılmasının vacib olduğunu bildirib.

"Hürriyet": Altun Fransadakı terror hücumunu qınadı

Prezident Aparatının Mətbuat xidmətinin rəhbəri Fahrettin Altun dünən sosial media hesabında verdiyi açıqlamada “Fransanın Nitsa şəhərində baş verən terror hücumunu qeyd-şərtsiz qınayırıq. Bu cür şüursuz bir zorakılığın İslam və müsəlmanlarla heç bir əlaqəsi yoxdur” deyib.

"Yeni Şafak": Selçuk Bayraktardan yerli istehsal olan təyyarə mühərriki paylaşımı

Baykarın texniki meneceri Selçuk Bayraktar, "Twitter" sosial hesabından TUSAŞ Motor Sanayii (Mühərrik Sənayesi) AŞ tərəfindən hazırlanan milli dizayn, yerli istehsal olan təyyarə mühərriki ilə bağlı paylaşım edib. Bayraktar, paylaşımında yerli mühərrikin işlək vəziyyətdə olan test görüntülərinə də yer verib.

"Star": “Prezident Aparatı Simfonik Orkestrinin “Böyük Cümhuriyyət Konserti””

29 Oktyabr Cümhuriyyət Günü tədbirləri çərçivəsində, dünən axşam Rabitə Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi “Böyük Cümhuriyyət Konserti” təşkil edilib. Konsert Prezident Aparatı Simfonik Orkestri tərəfindən Antalyadakı Patara Antik Şəhərinin parlament binasında keçirilib.



Әlaqәli Xәbәrlәr