Türkiyə mətbuatı, 12 oktyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1507163
Türkiyə mətbuatı, 12 oktyabr 2020

"Vatan": Çavuşoğlu, Rus həmkarı Lavrovla görüş keçirdi
Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında baş tutan telefon danışığı zamanı Çavuşoğlu Lavrovdan atəşkəsə əməl etməsi üçün Ermənistana xəbərdarlıq etməsini istəyib.
"Sabah": Müharibə cinayəti işləyən Ermənistana Türkiyədən sərt reaksiya
Milli Müdafiə Nazirliyi Ermənistanın mülki şəxslərə vəhşicəsinə hücumundan sonra beynəlxalq ictimaiyyətə çağırış etdi. Milli Müdafiə Nazirliyinin açıqlamasında "Hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törədən Ermənistan indi də atəşkəsi pozur. Ermənistan atəşkəsdə belə mülki yaşayış məntəqələrinə hücumlarını davam etdirir. Beynəlxalq ictimaiyyətin Ermənistana qarşı səsini yüksəltməlidir" deyilib.
"Star": Müdafiə və aviasiya sənayesi ixracatında böyük hissə Azərbaycanın payına düşür
Türkiyənin müdafiə və aviasiya sənayesi keçən ay 77 milyon 167 min dollardan çox Azərbaycana ixracat reallaşdırdı.
"Hürriyet": Hazır giyim və geyim ixracında artım davam edir
Avtomobil sənayesindən sonra Türkiyənin ixracatına ən çox qatqını verən hazır geyim və geyim sektoruna ixracatı keçən ay təxminən 1,8 milyard dollarlıq ixracat reallaşdırdı.
"Haber Türk": Türkiyə millisi Rusiya seçməsi ilə heç-heçə edib
İkinci oyun günündə A, B, və C liqalarında 20 qarşılaşma keçirilib.
Günün daha böyük maraqla gözlənilən qarşılaşmasında Türkiyə seçməsi səfərdə Rusiya yığmasının qonağı olub.
Görüşdə qalib müəyyənləşməyib - 1:1.
Oyunda hesabı ruslar 28-ci dəqiqə açıb. Anton Mirançuk fərqlənib.
Fasilədən sonra “ay ulduzlar” hesaba tarazlıq gətirib. Matçın 62-ci dəqiqəsində Kenan Karaman adını tabloya yazdırıb.



Әlaqәli Xәbәrlәr