Türkiyə mətbuatı, 21 sentyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1494386
Türkiyə mətbuatı, 21 sentyabr 2020

"Yenişafak": İbrahim Kalın: "Türkiyəyə qarşı sanksiya, şantaj, təhdid üsulu nəticəsiz qalar”

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Şərqi Aralıq dənizindəki gərginliklə bağlı açıqlamasında, “Türkiyəyə qarşı sanksiya, şantaj, təhdid üsulu heç zaman nəticə verə bilməz. Artıq bunu avropalı siyasətçilər də görməlidirlər. Türkiyəni bir sıra təhdid, yaxud sanksiyalarla qorxudacaqlarını, eləcə də onun əzmkarlığından dönəcəyini düşünənlər boş yerə səy göstərirlər” deyib.

"Vatan": Liverpulun Bələdiyyə sədri Rotherydən Türkiyəyə tərif

Tətil üçün Muğlanın Fethiye bölgəsini seçən Liverpulun Bələdiyyə sədri Anna Rothery Türkiyənin həyata keçirdiyi yeni növ koronavirusla (Covid-19) mübarizə tədbirlərini yüksək qiymətləndirib. Rothery “Covid-19"la mübarizə tədbirlərinin bu qədər yüksək səviyyədə təşkili məni çox təsirləndirdi. Tədbirlərin həm qaldığım oteldə, həm də Fethiyedə, hətta Ölüdenizin çimərliklərində tətbiqi olduqca təsirlidir” deyib.

"Hürriyet": Tətil üçün 2 milyon nəfər Antalyanı seçdi 

Bütün dünyada koronavirus epidemiyasının davam etməsinə baxmayaraq, Türkiyədə turizmin paytaxtı Antalya, 1 yanvar-13 sentyabr tarixlərində 2 milyondan artıq turist qarşılayıb. Sağlam və təhlükəsiz tətil imkanı təqdim edən Antalyaya Rusiya, Ukrayna, Almaniya, İngiltərə, Polşa başda olmaqla, 170 ölkədən 2 milyon 3 min 946 qonaq üz tutub.

"Sabah": Türkiyənin ilk yerli uçan avtomobili "Cezeri" beynəlxalq mətbuatda təriflərə layiq görülüb

Yerli və milli istehsal olan uçan avtomobil "Cezeri" beynəlxalq mətbuatda geniş yer almaqda davam edir. Həftənin mühüm irəliləyişləri başlıqlı video paylaşan ingilis xəbər agentliyi "Reuters" uçan avtomobil "Cezeri" haqqında məlumatı ilk sırada paylaşıb. "Cezeri" digər xarici media saytlarında da böyük təriflərə layiq görülüb.

"Star": Yerli videokonfrans tətbiqi ilk sınaqdan keçdi

 ASELSAN-ın törəməsi olan BITES tərəfindən hazırlanmış yerli videokonfrans/vebinar tətbiqi "BizBize" beynəlxalq ictimaiyyətin iştirakı ilə keçirilən “təhlükəsizlik və müdafiə görüşü” SEDEC tədbirində uğurlu bir sınaqdan keçdi. Tədbir tətbiqin beynəlxalq arenada tanınmasına əhəmiyyətli töhfədir.



Әlaqәli Xәbәrlәr