Türkiyə mətbuatı, 11 sentyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1488664
Türkiyə mətbuatı, 11 sentyabr 2020

"Vatan": "NATO-da Şərqi Aralıq dənizi yığıncağı keçirildi
Milli Müdafiə Nazirliyi Türkiyə-Yunanıstan hərbi heyətləri arasında NATO Baş qərargahının texniki yığıncağında hərbi heyətlər arasında ayrılma üsullarının müzakirə edildiyini açıqlayıb. Hərbi heyətlər arasındakı mümkün müdaxilələrin qarşısını almaq üçün tədbirlərin müzakirə olunduğu görüşdə fikir mübadiləsi aparılıb. Növbəti iclasın yaxın günlərdə keçirilməsinin planlaşdırıldığı bildirilib.
"Hürriyet": "Nazir Çavuşoğlu: "Yunanıstan dialoqa hazır deyil"
Xarici işlər naziri Mövlud Çavuşoğlu Şərqi Aralıq dənizi gərginliyi ilə əlaqədar Avropa Parlamenti (AP) Xarici Əlaqələr Komissiyasında açıqlamalar verib. "Yunanıstan dialoqa hazır deyil, etibarını itirdi, gəmilərimizi narahat edir" deyən Çavuşoğlu, "Ön şərt olmadan dialoqa hazırıq. Yunanıstan inad edirsə, o zaman öz şərtlərimizdə israr edirik" deyir. 
"Star": Dənizdibi ərazisi səlahiyyətini təyin etmək Makronun həddi deyil
Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun açıqlamalarına reaksiya verərək, "Makronun Aralıq dənizindəki və ya başqa bir coğrafiyadakı hər hansı bir ölkənin dənizdibi ərazisini təyin etməsi nəddi deyil. Çünki bütün dünyada sərbəst şəkildə at çapdıqları günlər bitdi" deyib. Açıqlamada "Xarici siyasətdəki bütün xain planlarını puça çıxardığımız, çirkli oyunlarını pozduğumuz Makron ürək ağrısı ilə hər gün laqeyd şəkildə Türkiyə və Cənab Prezidentimizə hücum edir" deyilib.
"Yeni Şafak": Türkiyə ilə Liviya neft və qaz mövzusunda danışıqlara başladı
Türkiyə Liviyada həm dənizdə, həm də qurudakı yerlərdə axtarış fəaliyyətləri üçün Milli Həmrəylik Hökuməti ilə görüş keçirir. Görüşlər çərçivəsində elektrik enerjisi istehsalı və boru kəməri layihələri də gündəmdədir. Libya ilə Türkiyə arasındakı müstəsna iqtisadi bölgə müqaviləsi daxilində "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkətinin 7 fərqli bölgədə neft axtarma tələbi var.
"Sabah": Türkiyədə müdhiş sistem, rəqəmsal qoşunlar gəlir
Türk müdafiə sənayesi öz işlərini özü həll edə bilən pilotsuz pilotsuz sistemlərə və bunların kütləvi halda istifadəsi üçün fəaliyyətlərini davam etdirir. "Rəqəmsal qoşunlar" konsepsiyasını gündəminə salan "Havelsan" şirkəti rəqəmsal əsgər olaraq xarakterizə edilən pilotsuz sistemlərdən rəqəmsal qoşunlar yaratmaq üzərində işləyir. Fəaliyyətlərin diqqət mərkəzində sürü texnologiyası ilə havada, quruda və dənizdə sürü  hava, quru və dənizdəki muxtar vasitələrin vəzifələri paylaşaraq verilən məsuliyyəti müvəffəqiyyətlə yerinə yetirəcəyi konsepsiyası dayanır.



Әlaqәli Xәbәrlәr