Türkiyə mətbuatı, 7 sentyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1486093
Türkiyə mətbuatı, 7 sentyabr 2020

"Sabah": Ərdoğanla Sərrac arasında kritik Liviya görüşü... 

Prezident Rəcəb Tayyib Ərdoğan Liviya Milli Həməylik Hökumətinin Baş naziri Fayiz es-Serracı qəbul edib. Qəbulda Liviyadakı vəziyyət, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib. Görüşdə Türkiyənin BMT tərəfindən tanınan Liviya qanuni hökuməti ilə həmrəyliyə davam edəcəyi bildirilib.

"Vatan": Milli Müdafiə Nazirliyindən "Oruç Reis" paylaşımı: “Heç bir dələduzluğa icazə verilməyəcək!”

Milli Müdafiə Nazirliyi Şərqi Aralıq dənizindəki yurisdiksiyada kontinental sahədə fəaliyyətlərini davam etdirən “Oruç Reis” tədqiqat gəmisinə müşayiət və mühafizə missiyasının qətiyyətlə davam etdiyini, bölgədə qanunsuzluq və dələduzluğa yol verilməyəcəyini bildirib.

"Star": Xarici İşlər Nazirliyindən Kosovaya “Qüds” reaksiyası

Xarici İşlər Nazirliyi Kosovanın Qüdsdə səfirlik açması ilə əlaqədar məsələyə bu cür münasibət bildirib: “Beynəlxalq hüquqa zidd olan belə bir addımın kosovolı rəsmilər tərəfindən düşünülməsi məyusluq yaradır”. Bu cür addımın Qüdsün tarixi və hüquqi statusuna xələl gətirəcəyi və Kosovanın digər dövlətlər tərəfindən tanınmasına maneə olacağı bildirilib.

"Yeni Şafak": Türkiyə bordan litium istehsal edəcək 

Kosmik gəmilərdən tutmuş nüvə elektrik stansiyalarına, eləcə də cib telefonlarından tutmuş elektrikli avtomobil batareyalarına qədər bir çox sahədə istifadə olunan litium, Avropa İttifaqı tərəfindən “strateji məhsul” siyahısına daxil edilib. Litium ehtiyatı olmayan Türkiyə isə bor istehsalı zamanı əldə olunan sudan litium hazırlayaraq böyük bir irəliləyişə nail olub.

"Hürriyet": “Qürurumuzsan Merve”

Dövlətin himayəsində böyüyən və Bilkent Universitetinin Musiqi və Səhnə Sənətləri Fakültəsinə tam təqaüdlə qəbul olunan Merve Başoğlu Fransada fleyta ustası Sibel Kumru Penselin 4 illik bakalavr sinfindən 3 ilə məzun olub. Nice Konservatoriyasının sevimli tələbələrindən olan Başoğlu Strasburq Yüksək Musiqi Akademiyasının məşhur fleyta ustası Silvia Careddunun magistr fleyta sinfinə qəbul edilən 3 tələbədən biridir.



Әlaqәli Xәbәrlәr