Türkiyә mәtbuatı: 28 avqust 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1480546
Türkiyә mәtbuatı: 28 avqust 2020

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

'‘Hürriyet’’: TBMM-nin sәdri Şentop Liviya ilә bağlı bәyanat verib.

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop dünәn Liviya Ali Şurasının sәdri Xalid әl-Mişri ilә görüşüb. Şentop görüşdә deyib: ‘‘Liviyada beynәlxalq hüquqa vә Birlәşmiş Millәtlәr Tәşkilatının qәrarlarına zidd olaraq  fәaliyyәt göstәrәn müxtәlif dövlәtlәrin hüquqa, Liviyadakı qanuni  hökumәtә vә qәrarlarına hörmәt göstәrmәsini gözlәdiyimizi ifadә etmәk istәyirәm’’.

 

‘‘Haber Türk’’:  Hulusi Akardan açıqlama

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Yunanıstan ilә yaşanan Şәrqi Aralıq dәnizi böhranı ilә bağlı deyib: ‘‘Biz mәsәlәnin  dialoq yolu ilә hәll edilmәsinin  tәrәfdarıyıq. Hәr şey açıq. Biz sülh vә  haqqımızı istәyirik. Qarşıdakı günlәrdә yunanıstanlı  hәmkarlarımızı qәbul etmәkdәn mәmnun olarıq. Gәlsinlәr görüşәk’’.

 

‘‘Sabah’’: Nazir Varank Ukrayna Baş nazirinin müavini ilә görüşüb

Türkiyәnin sәnaye vә texnologiya naziri Mustafa Varank Ukrayna baş nazirinin müavini vә strateji  sәnaye üzrә naziri Oleq Uruski ilә dünәn bir araya gәlib. Nazir Varank deyib: ‘‘ Hazırda SİHA-larımizi Ukraynaya çatdırırıq’’.

 

‘‘Vatan’’: ‘‘Oruç Reis üçün yeni Navtex’’

‘‘Oruç Reis’’ üçün yeni Navtex (dәnizçilәrә xәbәrdarlıq) yayımlandı. Yayımlanan bәyanat ilә ‘‘Oruç Reis’’in  fәaliyyәt müddәti  sentyabrın 1-dәk uzadıldı.



‘‘Srat’’: Nәhәng kruiz gәmilәri  Türkiyәyә üstünlük verir

Türkiyәnin  kruiz turizmindә hәrәkәtlilik yaşanır. Qlobal  İnvestisiya Holdinqinin idarә heyәtinin sәdri  Mehmet Kutman  nәhәng kruiz gәmilәrinin  Türkiyәyә üstünlük verdiyini deyib.
 



Әlaqәli Xәbәrlәr