Türkiyə mətbuatı, 17 avqust 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1474060
Türkiyə mətbuatı, 17 avqust 2020

"Vatan":  Co Baydenə Türkiyədən sərt reaksiya: Şüursuzluq, təkəbbür, riyakarlıq"
Amerika Birləşmiş Ştatlarında (ABŞ) 3 noyabr seçkilərində Demokrat Partiyasının prezidentliyə namizədi Co Baydenin 16 yanvarda "New York Times" redaktorları ilə reallaşdırdığı və götüntüləri internetdə yeni yayılan müsahibəsində Türkiyə haqqında səsləndirdikləri mübahisəyə səbəb oldu. Prezident Aparatının sözçüsü İbrahim Kalın qalmaqallı sözlərə reaksiya göstərərək, "Baydenin Türkiyə haqqında səsləndirdikləri saf nadanlıq, təkəbbür və riyakarlığa əsaslanır" dedi.
"Star": Türkiyə yeni bir "NAVTEX" elan etdi
Türkiyə uzun müddətdir Şərqi Aralıq dənizində fəaliyyətlərini davam etdirən  "Yavuz" qazma gəmisi üçün Şərqi Aralıq dənizi üçün yeni "NAVTEX" elan etdi. Sözü gedən "NAVTEX" elanı "Yavuz" qazma gəmisinin hazırda fəaliyyətlərini davam etirdiyi sahədəki fəaliyyət müddətini sentyabrın 15-dək uzadır. "Yavuz" qazma gəmisinin Kıbrıs sahillərində karbohidrogen axtarışı işlərini davam etdirəcəyi bildirilir. "NAVTEX" elanında "İş sahəsinə girməməyiniz çox tövsiyə olunur" ifadəsi yer alıb.
"Hürriyet": Aralıq dənizində qoruma qalxanı
Fransa ilə Kıbrıs Rum Rəhbərliyi arasındakı "Müdafiə Əməkdaşlıq müqaviləsi"nə Türkiyə sərt reaksiya verdi. "Oruç Reis" kəşfiyyat-axtarış gəmisini narahat etməyə cəhd göstərən Yunanıstana aid freqatı Limnosu qovalayan "TCG Kemalreis" da bu dəfə Kıbrısın şərqindəki "Barbaros Hayrettin Paşa" tədqiqat gəmisini müşayiət etməyə başladı.
"Yeni Şafak": Makron Avropada da tək qaldı
Şərqi Aralıq dənizində Yunanıstana dəstək olub Avropaya Türkiyə əlayhinə birləşməsi üçün təzyiq edən Fransa da, Yunanıstan da müttəfiqlərindən istədiyini ala bilmədi. Fransa və Yunanıstan tək qaldı. Avropa İttifaqıda (Aİ) Türkiyəni qınama qərarı belə qəbul etdirə bilməyən  Fransa prezidenti Emmanuel Makronun hərbi gəmilərile etdiyi şou Almaniyanın "qeydə aldıq" çıxışı ilə nəticələndi.
"Sabah": Türkiyə sənaye istehsalında Avropada birinci yerdədir
Ticarət naziri Ruhsar Pekcanın başçılığı ilə məsləhət şurasının 16-cı iclası video-konfrans formatında keçirildi. Nazir Pekcan "Sənaye istehsalı indeksində 17,6 faiz artımla Avropada 1-ci yeri tutduq. İlk rübdə G-20 ölkələri arasında 4,5 faiz böyümə ilə ilk sırada yer aldıq" dedi.
"Haber Türk": Amber Heard İstanbula heyran qaldı
Amerikalı məşhur aktrisa Amber Heardin tətil üçün seçimi Türkiyə oldu. Ötən həftəni Bodrumda olan aktrisa İstanbula üz tutdu. Tarixi yarımadanı gəzən Heard məscidlərə də baş çəkdi. "Bu möhtəşəm şəhərə daha çox aşiq ola bilməzdim" deyən məşhur aktyor səyahətinin təfərrüatlarını sosial media hesabından paylaşım etdi.



Әlaqәli Xәbәrlәr