Türkiyə mətbuatı, 5 avqust 2020

“Yeni Şafak”, “Star”, “Sabah”, “Vatan” və “Haber Türk” bu gün nələrdən yazır?

1467209
Türkiyə mətbuatı, 5 avqust 2020

 

“Yeni Şafak”: Prezident Ərdoğan “Həmişə Livanın yanında olacağıq" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Livanda baş verən partlayışla əlaqədar ərəbcə fərdi sosial media hesabından bu sözləri paylaşıb: “Türkiyə hər zaman Livan və livanlı qardaşlarımızın yanında olacaq".

“Star”: Fransa qəzeti “Ərdoğan Aralıq dənizində xəritəni yenidən çəkir" yazdı

  Fransanın “Le Figaro” qəzetində Türkiyə prezidenti Ərdoğan Fateh Sultan Mehmetə bənzədilib. Məqalədə Ərdoğanın Liviyanın baş naziri Fayıq əs-Sərracla Aralıq dənizində xəritəni yenidən çəkdiyi və Sərracın Qərb müttəfiqlərinin onu tək buraxdıqdan sonra Türkiyə ilə razılaşmaq məcburiyyətində qaldığı yazılır.

“Sabah”: Türkiyə “Covid-19” peyvəndilə bağlı insan təcrübələrinə başlayır

  Yeni tip korona virusu (Covid-19) epidemiyasında yerli peyvənd və dərman işləri sürətlə irəliləyir. Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı (TÜBİTAK) peyvənd işində heyvan təcrübələrində mühüm mərhələyə gəlib və yaxınlarda insan üzərində təcrübələrə başlanacağını bildirib.

“Vatan”: Türkiyə iqtisadiyyatı “Covid-19”a baxmayaraq böyüyür

  Avropa İttifaqı (AB) iqtisadiyyatı ilin ikinci rübündə 11,9, Amerika Birləşmiş Ştatları 32,9 faiz kiçildiyi halda Türkiyə iqtisadiyyatı böyüməyə davam edir. Türkiyənin iyul ayı ixracatı iyuna görə 11,5 faiz artımla 15 milyard 12 milyon dollar olub. İxracat da “Covid-19” epidemiyasından əvvəli səviyyəsini aşaraq 2020-ci ilin ən yüksək həddinə çatıb.

“Haber Türk”: Nazir Albayrak “Bütün ixracatçılarımızı təbrik edirik” dedi

  Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak “twitter” hesabından iyul ayı ixracat rəqəmlərini açıqlayıb. Türkiyənin iyul ayında 15 milyard dollar ixracat reallaşdırdığını bildirən Albayrak: “Bu, 2020-ci ilin ən yüksək səviyyəsidir. Bütün ixracatçılarımızı təbrik edirik”, - deyib.



Әlaqәli Xәbәrlәr