Türkiyə mətbuatı, 14 iyul 2020

“Sabah”, “Hürriyet”, “Star”, “Vatan” və “Haber Türk” bu gün nələrdən yazır?

1454498
Türkiyə mətbuatı, 14 iyul 2020

 

“Sabah”: Ərdoğan Putinlə danışdı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə iyulun 13-də telefonla danışdı. Söhbət zamanı dövlət başçıları iki ölkə əlaqələrinin möhkəmləndirilməsilə yanaşı regional sülh, təhlükəsizlik və sabitliklə bağlı birlikdə hərəkəti davam etdirəcəklərini müzakirə ediblər.

“Hürriyet”: Çavuşoğlundan sərt şərh: “Ermənistan ağılını başına yığsın"

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 13-də “TRT Haber” çıxışında 12 iyulda Azərbaycan-Ermənistan qarşıdurmasına toxunaraq "Ermənistan ağılını başına yığsın. Bütün imkanlarımızla Azərbaycanın yanındayıq" şərhini verdi.

“Star”: Xarici İşlər Nazirliyi sözçüsü Aksoydan Borrelə Ayasofya reaksiyası

  Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cosep Borrelin Ayasofya ilə bağlı sözlərinə “Bir daha Ayasofyanın Türkiyənin mülkü olduğunu və status dəyişikliyi də daxil olmaqla hər cür qənaətin yalnız Türkiyə suveren səlahiyyətində olduğunu vurğulayırıq. Kimsə Türkiyənin suverenlik haqqına müdaxilə edə bilməz” dedi.

“Vatan”: AK Partiyanın sözçüsü Çelikdən Ayasofya şərhi

  Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK) yığıncağından sonra Ayasofyanın ibadətə açılmasından sonra Birləşmiş Millətlər Təşkilatı Təhsil, Elm və Mədəniyyət Təşkilatı - UNESCO tərəfindən mədəni miras olaraq qalıb-qalmayacağı ilə əlaqədar "Ayasofya məscid və universal dünyanın mədəni mirasının ehtişamını daşıyan böyük bir məkan olaraq görkəmini göstərməyə davam edəcək" dedi.

“Haber Türk”: Nazir Varank “Mayda ən sürətli toparlanan ilk üç ölkədən biri olduq" dedi

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank sənaye istehsalı ilə bağlı verdiyi açıqlamada ölkənin may ayında ən sürətli toparlanan ilk üç ölkədən biri olduğunu, indeksin bütün rəqəmlərinin müsbət alındığını söylədi.



Әlaqәli Xәbәrlәr