Türkiyə mətbuatı, 22 iyun 2020

“Star”, “Vatan”, “Haber Türk”, “Hürriyet” və “Yeni Şafak” bu gün nələrdən yazır?

1440517
Türkiyə mətbuatı, 22 iyun 2020

 

“Star”: Prezident Aparatı sözçüsü Kalın “Liviyada atəşkəs daimi olmalıdır" dedi

  Türkiyə Prezident Aparatının (Cumhurbaşkanlığı) sözçüsü İbrahim Kalın Liviyada atəşkəsin daimi olması vacibliyini bildirərək deyib: “Savaşı Birləşmiş Ərəb Əmrlikləri (BAE) maliyyələşdirir. BƏƏ-nin Ərəb-İslam dünyasında oynadığı rola görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı rəftarı “axmaq” hərəkətdir”.

“Vatan”: Türkiyə məzlumun yanında olmağa davam edəcək

  Türkiyə xəzinə və maliyyə naziri Berat Albayrak ölkənin daim məzlumların yanında olduğunu 21 İyun Dünya Mühacirlər Günü etiketiylə “twitter”dən etdiyi paylaşmasında bir daha vurğulayıb: “Bütün dünya qaçqınlardan üz çevirsə də, biz imtina etmədik. Sərhəd qapılarında köməyə möhtac mühacirləri aç və açıqda buraxanlar məzlumların ahını alar. Türkiyə daim məzlumun, möhtacın, sığınmaçının yanında olmağa davam edəcək”.

“Haber Türk”: Hava limanları təxminən 1,5 milyon sərnişin qəbul etdi

  Türkiyə normallaşma müddətinə keçincə 15 iyundan 9 ölkə və 15 nöqtəyə xarici xətt uçuşlarına başladı. Yeni tip korona virusu (Covid-19) epidemiyasının başlandığı gündən təsirli tədbirlərin böyük bir vasvasılıqla tətbiq olunduğu Türkiyənin hava limanlarına eniş-qalxış edən təyyarə sayı daxili xəttlərdə 14 min 693, xarici xəttlərdə isə 3 min 872 olmaqla 18 min 565 oldu. Bu təyyarələrdə təxminən 1,5 milyon sərnişin hava yolundan istifadə etdi.

“Hürriyet”: Yerli avtomobil 2022-ci ildən yollarda

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank yerli avtomobilin 2022-ci ilin sonundan yollarda olacağını açıqladı: “Yerli avtomobilin istehsalı üçün yaxınlarda fabrik təməllərinin atılacağı, marka və satışa çıxarma ilə əlaqədar planlaşdırmalar aparılacaq”.

“Yeni Şafak”: Türkiyə aliminə 400 min dollarlıq araşdırma mükafatı

  Amerika Birləşmiş Ştatlarının Harvard Universiteti Kimyəvi Biologiya və Molekulyar Farmakologiya bölümündə araşdırmalarına davam edən Geylani Can ABŞ Xərçəng Araşdırma Təşkilatı və İngiltərə Xərçəng Araşdırma İnstitutu tərəfindən təşkil edilən müsabiqədə seçilərək gənc alimlərə verilən 400 min dollarlıq Transatlantik Araşdırma Mükafatını qazandı.



Әlaqәli Xәbәrlәr