Türkiyə mətbuatı, 8 iyun

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1431374
Türkiyə mətbuatı, 8 iyun

"Vatan": "Prezident Ərdoğan: "Ankarada fəaliyyətlərmizi davam etdiririk"
Yeni növ koronavirus (Covid-19) epidemiyası tədbirləri çərçivəsində İstanbulda fəaliyyətlərini davam etdirən və video konfranslar formatında görüşlər keçirən prezident Rəcəb Tayyib Ərdoğan 6 gün əvvəl paytaxt Ankaraya qayıtdı. Prezident iqamətgahında fəaliyyətlərini davam etdirən Ərdoğan "Twitter" hesabında "Ankarada fəaliyyətlərimizi davam etdiririk" mesajını paylaşım etdi. 
"Hürriyet": Prezident köməkçisi Oqtay Bizans bayrağına reaksiya verdi
Fuad Oqtay Kıbrıs (Kipr) Rum icması tərəfində məscidə Bizans bayrağının asılmasına reaksiya göstərərək, "Yunanıstan rəhbərliyi adanın cənub hissəsindəki bəzi qaranlıq dairələr tərəfindən gündəmə gətirilməyə cəhd göstərilən Türk və İslam əleyhinə səyləri təşviq etməyi dayandırmalı və bu xəstə zehniyyətin qarşısını almaq üçün tədbirləri dərhal həyata keçirməlidir" dedi.
"Haber Türk": İbrahim Kalından Liviya mesajı: "Hamısı prezidentimizlə həmfikir olma nöqəsinə gəldi"
Prezident sözçüsü İbrahim Kalın ABŞ və Rusiyanın Liviyanın baş naziri Fayiz es-Serraca müraciət etməsinin müsbət olduğunu bildirərək, "Hafterin müddətini başa vurduğunu görmək çətin deyil. Hamısı prezidentimizlə eyni növqəyə gəlməyə başladı. ABŞ da buna daxildir. Təxminən 5-6 ay əvvəl ABŞ prezidenti Donald Trump Həftər ilə də telefonla danışmışdı.İndi Hafterin etibarlı bir güc olmadığı nöqtəsinə gəldilər" dedi.
"Yeni Şafak": Daxili işlər naziri Soylu: "Türkiyə "Covid-19" prosesinə ən uğurlu nəzarət edən ölkə oldu"
Daxili işlər naziri Süleyman Soylu yeni növ koronavirusla mübarizəyə mövzusunda "Türkiyə sağlıq sistemindən dövlət idarəsinə qədər dünyada bu prosesə ən uğurlu şəkildə nəzarət edən ölkə oldu. Köç dalğasının içində koronavirusla uğrlu şəkildə mübarizə aparmışdır.
"Star": Türkiyə sahillərinin təhlükəsizliyi daxili proqrama əmanət

Türkiyə sahillərinin təhlükəsizliyi üçün tədbirlərin effektivliyini artıracaq yerli proqram təminatının tədarükünə başlanılıb. Prezident Müdafiə Sənayesi başçısı İsmail Dəmir radar, elektro-optika və digər sensorlar ilə təchiz olunmuş stansiyalardan ibarət olacaq Sahil Nəzarət Radar Sistemi Layihəsinin (SGRS) ilk proqram paketini Sahil Mühafizə Komandanlığına təhvil verdiklərini bildirdi.



Әlaqәli Xәbәrlәr