Türkiyə mətbuatı, 5 iyun 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1429860
Türkiyə mətbuatı, 5 iyun 2020

"Vatan": Ərdoğan: "Hafteri dəstəkləyənləri tarix özü mühakimə edəcək"
Türkiyəyə rəsmi səfərə gələn Liviyanın baş naziri Fayiz əs-Sərrac paytaxt Ankarada Ərdoğanla görüşüdü.
Rəcəb Tayyib Ərdoğan liviyalıları əsla qiyamçıların ixtiyarına buraxmayacaqlarını vurğulad. Qiyamçı Hafterin hücumlarına baxmayaraq Sərracın ortaya səviyyəli mövqe  qoyduğunu vurğulayan Ərdoğan deyib:  “Qiyamçı Hafteri dəstəkləyərək Liviyanı qan və gözyaşına boğanları tarix özü mühakimə edəcə". 
"Star":  Serrac: "Türkiyəyə Liviya mövzusunda təşəkkürümüzü bildiririk"
Liviyanın baş naziri Fayiz es-Sarrac Liviyada düşməni tamamilə aradan qaldırana qədər mübarizəni davam etdirəcəklərini bildirdi. Qeyri-qanuni qüvvələrin başçısı Hafterə gələcəkdə danışıqlar aparmasına icazə verməyəcəklərini bildirən Serrac, "Liviyanı bərpa edərkən Liviyada Türk şirkətlərini görmək istəyirik" dedi.
"Hürriyet": "Türkiyə 102 ölkəyə tibbi ləvazimat yardımı etdi
Prezident Rəcəb Tayyib Ərdoğan Londonda keçirilən "2020 Qlobal Peyvənd Sammiti"nə bir video mesaj göndərərək iştirakçılara müraciət etdi. "Koronavirus əslində böyük bir ailə olduğumuzu, taleyimizin və gələcəyimizin ortaq olduğunu xatırlatdı" deyə bildirən Ərdoğan "İndiyə qədər 102 ölkəyə tibbi ləvazimat göndərərək dəstək olduq" dedi.
"Haber Türk": Türkiyə 40 ölkəyə 10 iyundan qarşılıqlı təyyarə səfərlərinə başlayır
Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu 10 iyundan başlayaraq mərhələli olaraq 40 ölkəyə təyyarə səfərlərini başlamağı planlaşdıqlarını açıqladı.
Karaismailoğlu "İlk olaraq Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinə, Bəhreyn, Bolqarıstan, Qətər və Yunanıstana beynəlxalq uçuşlar həyata keçiriləcək" dedi.
"Yeni Şagak": Ukraynalı millət vəkili Marçenko: "Türkiyə əleyhinə irəli sürülən bir mövzu bizim ölkəmizdə qəbiledilməzdir"
Ukraynada 1915-ci il hadisələri üçün hazırlanan qanun layihəsi geri çəkildi. Ukrayna millət vəkili Ludmila Marçenko "Ölkəmizdə gündəmə gətirilən ermeni 
 iddiaları tamamilə xəstəlikli bir mövzudur və bu mövzu ölkəmizdə müzakirə edilə bilməz. Dostumuz olan Türkiyə əleyhinə gündəmə gətirilən mövzu ölkəmizdə qəbuledilməzdir" dedi.



Әlaqәli Xәbәrlәr