Türkiyә mәtbuatı: 29 may 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1425481
Türkiyә mәtbuatı: 29 may 2020

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürrüyet’’: ‘‘Türkiyә sürәtlә normal hәyata qayıdır’’

Yeni növ koronavirusa qarşı ciddi mübarizә aparan Türkiyәdә iyunun 1-dәn etibarәn şәhәrlәrarası sәyahәtә qoyulan qadağanın aradan qaldırılacağı bildirilir. Bu çәrçivәdә dövlәt qulluqçuları işә qayıdacaq. Mәlumatda qeyd olunub ki, çimәrliklәr, milli parklar vә bağçalar müәyyәn edilәn qaydalar çәrçivәsindә xidmәt vermәyә başlayacaq.

 

‘‘Haber Türk’’: Dәniz turizmi bәrpa olunur

Koronavirus pandemiyası sәbәbindәn dayandırılan dәniz turizmi iyun ayında bәrpa olunur.Türkiyәnin nәqliyyat vә infrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, Türkiyә koronavirus pandemiyasına qarşı ciddi mübarizә aparıb. Adil Karaismailoğlu hәmçinin qeyd edib ki, Türkiyәdә iyunun 1-dәn etibarәn  yaxta vә gәmilәrlin fәaliyyәti yenidәn bәrpa olunacaq.

 

‘‘Sabah’’: Türkiyәdә futbol liqalarının oyunları iyunun 12-dә başlayır

Türkiyә Super Liqasında hәyәcan yenidәn başlayır. Türkiyә Futbol Federasiyasının dünәn keçirdiyi iclasda mövsümün iyunun 12-dә başlamasına qәrar verilib.Süper Liqanın 27-ci hәftәsindә oyunlara start verilәcәk.

 

‘‘Yeni Şafak’’: Metyu Brayza: ‘‘Türkiyə yeni növ koronavirus epidemiyasına qarşı müvəffəqiyyətlə mübarizə apardı’’

Amerika Birləşmiş Ştatları dövlәt katibinin keçmiş  Avropa vә Avrasiya mәsәlәlәri üzrә müavini Metyu Brayza  Türkiyənin yeni növ koronavirus epidemiyasına qarşı müvəffəqiyyətlə mübarizə apardığını  ifadə edib. Brayza  ABŞ prezidenti Donald Trampın prezident Rəcəb Tayyib Ərdoğandan nümunə götürməli olduğunu bildirib. Türkiyənin epidemiya ilә mübarizә apararkәn iqtisadiyyatını da virusun dağıdıcı tәsirlәrindәn qoruduğunu bildirәn Brayza  ABŞ və bir çox Avropa ölkəsinin bunu әldә edә bilmәdiyini qeyd edib.

 

‘‘Star’’: Türkiyәnin silahlı pilotsuz uçan aparatları diqqәt mәkkәzindәdir.

Türkiyәnin silahlı pilotsuz uçan aparatının nümayiş etdirdiyi performans diqqәtlәri cәlb edir.

Ölkә daxilindә keçirilәn әmәliyyatlarla yanaşı, Suriya, Şimali İraq,  Aralıq dәnizi, Egey dәnizi vә Liviyada öz mövcudluğunu göstәrәn Türkiyәnin  silahlı pilotsuz uçan aparatları electron müharibә mәsәlәsindәki imkanları ilә diqqәt mәrkәzindәdir.



Әlaqәli Xәbәrlәr