Türkiyə mətbuatı, 30 aprel 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1408091
Türkiyə mətbuatı, 30 aprel 2020

"Star": Prezident Ərdoğan: "O terrorçu saxlanıldı" 
Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin bölgəsində hücum hazırlayan separatçı terror təşkilatı PKK/YPG üzvü olan terrorçu saxlanıldığını açıqladı.  PKK/YPG tərəfindən aprelin 28-də Afrinin mərkəzində mülki vətəndaşların sıx cəmləşdiyi Racu küçəsində təşkil edilən hücumda 40 nəfər ölmüş, 47 nəfər yaralanmışdı.
"Vatan": Türkiyə koronavirus sınağından üzağıyla çıxdı
Səhiyyə naziri Fəxrəddin Koca Türkiyənin yeni növ koronavirus (Covid-19) sınağından bu ana qədər üzağıyla çıxdığını söylədi. "Biz bu qələbəni tədbirlərə layiqincə əməl edərək və həssas rəftarlarımızla əldə etdik". 
Nazir Koca erkən tədbirlər ilə irəliləyiş olduğunu və epidemiyanı nəzarət altına aldıqlarını vurğuladı. 
"Yeni Şafak": Türkiyə "Covid-19" müalicəsində dünyaya nümunə oldu
Bəzi ölkələrdə qızdırma müalicəsində istifadə olunan hidroksixlorokin dərmanının yararsız olduğu nəticəsi əldə edildi, ancaq Türkiyədəki müalicə proseslərində bu dərman xəstələr üçün əhəmiyyətli üstünlük təmin etdi. "Bu dərmanlar niyə ölkəyə görə fərqlənir?" sualına cavab verən Dr. Tofiq Özlü "Fərq ondadır ki, bu dərmanları erkən mərhələdə istifadə edirik. Antiviral dərmanlar gec mərhələdə heç bir nəticə vermir" deyib.
"Haber Türk": Yaponlar Türkiyədə investisiya üçün hazırdır
"Covid-19 virusunun bütün dünyanı sarsıtdığı  bir vaxtda iqtisadi daralmağa baxmayaraq yaponlar Türkiyədə enerji sahəsində investisiya üçün texniki-iqtisadi fəaliyyələrinə start verdi.
Enechange və Shindens Looop şirkətləri investisiya ünvanı olaraq da Türkiyəni təyin etdi. İki şirkət Türkiyədə yenilənə bilən və günəş enerjisi stansiyaları üçün 102,8 milyon dollarlıq investisiya qoymağı planlaşdırır.
"Hürriyet": "Sami Yusuf TRT Music-də konsert verir"
Türkiyə Radio Televiziya Qurumu (TRT) Ramazan ayının insanları birləşdirmə ruhunun ekranlara əks olunduğu bu qiymətli günlərdə dünya şöhrətli məşhur sənətçi Sami Yusufun konsert proqramlarını ekranlara gətirəcək. Sami Yusufun 'TRT Müzik' televiziya kanalında yayımlanacaq ilk konserti sənətçinin Dubay Operasında konsert proqramı olacaq. Sami Yusufun konsert proqramı 30 aprel cümə axşamı günü Türkiyə saatıyla 21:15-də "TRT Müzik" kanalında yayımlanacaq.



Әlaqәli Xәbәrlәr