Türkiyə mətbuatı, 17 aprel 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1399897
Türkiyə mətbuatı, 17 aprel 2020

"Yeni Şafak": "Virusun Türkiyədə artım sürəti azaldı"
Türkiyə Səhiyyə Nazirliyi Elmi Komitəsinin üzvü Dr. Levent Yamanel koronavirusun dünyada artım sürəti davam edərkən, Türkiyədə bu sürətin azaldığını söylədi. Reanimasiyaya yerləşdirilən xəstələrin sayının azaldığını ifadə edən Yamanel "Bunun iki səbəbi var; birincisi dərmanlara erkən dövrdə başlayırıq və xəstələri tez bir zamanda aşkarlayırıq.
"Haber Türk: "Vərəm əleyhinə peyvənd gözlənən koronavirus peyvəndi ola bilər"
 Ağciyər xəstəlikləri mütəxəssisi Dos. Şevket Özkaya vərəm xəstəliyində istifadə olunan BCG peyvəndinin koronavirusun müalicəsində təsirli ola biləcəyini açıqladı. Özkaya virusun BCG peyvəndinin tətbiq edilmədiyi Avropa ölkələrində sürətlə yayıldığını bildirdi. Çin kimi BCG peyvəndi tətbiq etdirən ölkələrdə ölü sayının yoluxma sayına görə az olduğunu ifadə edən Özkaya Türkiyədə körpəlik çağında BCG peyvəndinin tətbiq edildiyini ifadə etdi.
"Hürriyet": "Səhiyyə Nazirliyinin  dünyada ilk olan mobil tətbiqi 
Səhiyyə Nazirliyi tərəfindən yeni növ koronavirusla mübarizə aparan səhiyyə işçiləri üçün mobil “Psixi Sağlamlığa Dəstək Sistemi” (RUHSAD) yaradılıb. Dünyada ilk olan bu mobil tətbiq səhiyyə işçilərinin pandemiya dövründə psixoloji vəziyyətinin qorunması və dəstəklənməsi məqsədilə hazırlanıb. Hər sahə üzrə fəaliyyət göstərən tibbi heyət üçün nəzərdə tutulan tətbiq istifadəyə verildiyi ilk həftə ərzində 500-ə yaxın səhiyyə işçisinə xidmət göstərib.
"Vatan": Milli Həmrəylik Kampaniyasına dəstək 1,7 milyard lirəyə yaxınlaşdı
"Covid-19"a qarşı görülən tədbirlər çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan liderliyində başlanan Milli Həmrəylik Kampaniyasına qeyri-hökumət təşkilatları, iş dünyası, xeyriyyəçilərin və vətəndaşların dəstəyi günbəgün artır. Bu günə qədər 1 milyard 689 milyon 101 min 146 lirə ianə toplandı.
"Star": Liviyanın taleyini dəyişdirən dəstək: Tripolini Türkiyə qorudu
Liviyada üsyançı Hafterin ona sadiq milis qüvvələrə paytaxt Tripolini ələ keçirmək üçün hücum əmri verməsinin üzərindən 1 il keçdi. Türkiyə ilə qəbul edilən razılaşma və Ankaranın təmin etdiyi hərbi dəstəklə gücünü əlinə alan Milli Həmrəylik Hökuməti Tripolinin ələ keçirilmsinin qarşısını aldı. Türkiyənin verdiyi silahlı pilotsuz hava aparatlarının (SPUA) uçduğu bölgələrdə Hafter qüvvələrinin hərəkətinə mane oldu. Tripolidən Tunisə qədər olan xətt Milli Həmrəylik Hökumətinin nəzarətinə keçdi.



Әlaqәli Xәbәrlәr