Türkiyə mətbuatı: 1 aprel 2020

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1388883
Türkiyə mətbuatı: 1 aprel  2020

 

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

 

''Sabah'': Ərdoğan və Tramp arasında telefon danışığı oldu.

Martın 31-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.  Türkiyənin Prezident Administrasiyasının verdiyi xəbərə görə, telefon danışığı zamanı prezidentlər ikitərəfli münasibətləri, regional prosesləri, eləcə də dünyada sürətlə yayılan yeni növ korona virusu (Covid-19) infeksiyası ilə mübarizə məsələlərini müzakirə ediblər. Tərəflər virusla mübarizədə tədbir və təcrübə mübadiləsi əsasında birgə addımlar atmağın vacibliyini vurğulayıblar.

 

''Hürriyet'': Türkiyədə də plazmanın köçürülməsi metodikasından istifadə ediləcək.

Səhiyyə  Nazirliyi və Qızıl Aypara Cəmiyyəti hərəkətə keçdi, universitetlər də dəstək verdi. Koronavirus epidemiyası ilə mübarizə aparan və sağalan  xəstələrdən alınacaq plazma ağır vəziyyətdə olan xəstələrə köçürüləcək.

 

''Sabah'': NATO-dan tarixi qərar. Siyahıda Türkiyə də var.

NATO-nun baş katibi Yens Stoltenberq alyansın siyasi blokunu  gücləndirmək üçün qiymətləndirmə prosesi aparacaq şəxslərin siyahısını açıqladı. Siyahıdakı şəxslərdən  biri də NATO baş katibinin müavini türkiyəli səfiri Tacan İldemdir.

 

''Vatan'': Milli Təhsil Nazirliyi açıqlama verdi: ''Gündə 100 min  ədəd istehsal ediləcək''


Milli Təhsil Nazirliyi tərəfindən koronavirus epidemiyası ilə bağlı görülən  tədbirlər çərçivəsində  başlanılan Ar-Ge fəaliyyətləri  nəticəsində  İstanbul Küçükköy Peşə və Texniki Anadolu Liseyində avtomatik 3 qatlı cərrahi maska cihazının  istehsalı tamamlandı. Liseydə gündə 100 min ədəd cərrahi maska istehsal ediləcək.

 

''Yeni Şafak'':Milli imkanlarla hazırlanan tənəffüs aparatının ilk prototipi.

 

Baykar Müdafiənin texniki direktoru Selçuk Bayraktar şəxsi ''Twitter'' səhifəsində milli imkanlarla hazırlanan tənəffüs aparatının  ilk prototipi ilə bağlı video-çarx bölüşüb. Seçuk Bayraktar deyib: "Bu milli imkanlarla hazırlanan tənəffüs aparatının ilk prototipidir.

 

 



Әlaqәli Xәbәrlәr