Türkiyə mətbuatı: 18 mart 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1380251
Türkiyə mətbuatı: 18 mart 2020

''Haber Türk'': Türkiyə prezidenti Ərdoğan Makron, Merkel və Cohnson ilə görüşüb

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və İngiltərənin baş naziri Boris Conson telekonfrans vasitəsi ilə görüşüb. Görüşdə koronavirusla mübarizə,Suriya böhranı, qaçqın məsələsi və Liviyadakı mövcud vəziyyət müzakirə olunub.
''Sabah'': Türkiyədən 6 ölkəyə də uçuşlar dayandırılıb
Türkiyə  koronavirus epidemiyası ilə bağlı yeni tədbirlər görməyə davam edir. Bu çərçivədə  İngiltərə, İrlandiya, İsveçrə, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirilən uçuşlar dayandırılıb.

''Hürriyet'': Ruriya turoperatorları  yenə Türkiyəyə üstünlük verdi
Rusiya turoperatorları yeni növ  koronavirus (Kovid-19) təhlükəsi baxımından tətil üçün ən etibarlı ölkələr arasında yenə Türkiyəni göstərdi. Məlumatda rusiyalı turistlərin yenə Türkiyəyə üstünlük verdiyi bildirilib.

''Star'': Türk şirkəti koronavirus peyvəndi ilə bağlı Çinin dərman şirkəti ilə müqavilə bağlayıb
Türkiyənin  BioNTech şirkəti  Çində fəaliyyət göstərən Shanghai Fosun Pharmaceutical (Fosun Pharma) şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalayıb. Həmin şirkətlər yeni növ koronavirusa qarşı  peyvəndi hazırlamaq, klinik testlər və marketinq işlərini həyata keçirmək üçün əməkdaşlıq edəcəklər.

''Yeni Şafak'': "Türkiyənin 2020-ci ildə təbii qaza ödəyəcəyi miqdar 3 milyard dollar azala bilər

Neft qiymətlərinin ucuzlaşması Türkiyənin 2020-ci ildə təbii qaza ödəyəcəyi miqdarı 3 milyard dollar azalda bilər. Bu hal təbii qaz idxal edən ölkələr üçün müsbət mənzərə yarada bilər.



Әlaqәli Xәbәrlәr