Türkiyə mətbuatı, 11 mart 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1376037
Türkiyə mətbuatı, 11 mart 2020

“Haber Türk”: Prezident Ərdoğanın Brüsseldən qayıdarkən verdiyi açıqlama

Prezident Ərdoğan Belçikanın paytaxtı Brüsseldəki görüşlərindən sonra təyyarədə verdiyi açıqlamada Yunanıstana miqrantlar mövzusundakı mövqeyinə reaksiya göstərərək “Sərhəd xəttində ortaya qoyduqları mövqeyin bir qətl olduğunu bilməlidirlər. Bunların hesabını verəcəklər” dedi.  “İdlib, Suriya və qaçqın məsələsi bizdən çox Avropa İttifaqı (Aİ) üçün bir iradə və liderliq sınağıdır” deyən Ərdoğan Aİ liderlərinin Türkiyənin məsuliyyətlərini yerinə yetirdiyini, bunun qarşısında Aİ-nin yavaş hərəkət etdiyini qəbul etdiyini söylədi.

“Star”: Çavuşoğlu “Rejim atəşkəsə baxmayaraq irəliləməkdə davam edəcəyi təqdirdə SPUA-larla yenə vurarıq”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyada Bəşər Əsəd rejimini atəşkəsə baxmayaraq İdlib bölgəsi istiqamətində irəliləməkdə cəhd göstərməsi halında Türkiyənin hərbi əməliyyatını qaldığı yerdən davam etdirəcəyi barədə xəbərdar edib.

“Hürriyet”: İstanbul hava limanları iki ayda səfər və sərnişin sayını artırdı

Yanvar və fevral aylarında cəmi 15 milyon 411 min 530 sərnişinin uçduğu İstanbuldakı hava limanları keçən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin sayını 126 min 13 artırdı.

“Vatan”: Hazır geyim ixracının böyük hissəsini qadın paltarları təşkil edir

Türkiyənin yanvar-fevral dövründə reallaşdırdığı hazır geyim ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz artımla 17 milyon 400 min dollara çıxdı. İxracını ümumilikdə Avropa ölkələrinə edən hazır geyim sektoru məmul qrupunda ən çox qadın geyimlərinin xaricə satışını reallaşdırdı.

“Sabah”: Türkiyənin Avstriya və Sloveniya ilə yoldaşlıq oyunları azarkeşsiz keçiriləcək

Dünyada təsirli olan yeni növ koronavirusu futbola da öz təsirini göstərməkdə davam edir. Son olaraq AVRO-2020-nin yoldaşlıq oyunları çərçivəsində A Milli Futbol komandamızın 27 martda Sloveniya və 30 martda Avstriya ilə  yoldaşlıq oyunlarının azarkeşsiz oynanacağı açıqlanıb.  



Әlaqәli Xәbәrlәr