Türkiyə mətbuatı, 7 fevral 2020

Türkiyə mətbuatı, 7 fevral 2020

1354957
Türkiyə mətbuatı, 7 fevral 2020

 

“Sabah”: Prezident Ərdoğan Pakistan parlamentinə xitab edəcək

  Pakistan parlamentinin alt qanadı olan Milli Məclisin sədri (NA) Asad Kaiser 13-14 fevral atrixlərində Pakistana rəsmi səfərə gedəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NA və senata xitab edəcək. Xatırladaq ki, baş nazir və prezident olduğu dövrlərdə Pakistana 9 dəfə gedən Ərdoğan 2009, 2012 və 2016-cı illərdə parlamentdə bir dəfə çıxış etmişdi.

“Star”: Türkiyə Əsədin vətəndaşları qətl etmək üçün yığdığı barel bombalarını vurdu

  Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyadakı Trenbe müşahidə məntəqəsini bombalayaraq 7 əsgər və 1 vətəndaşı şəhid edən Bəşər Əsədin hərbi qüvvələri Xan Tumandakı müşahidə məntəqəsinəd də basqın edib. TSQ da cavab olaraq Hamadakı vertolyot bazasını vuraraq Əsədin vətəndaşları qətl etmək üçün yığdığı barel bombalarını da partladıb.

“Haber Türk: Ömər Çelik “Avropa terrora dəstək verməkdən uzaq durmalıdır” dedi

  Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözcüsü Ömər Çelik bölücü terror təşkilatı YPG/PKK terrorçularına qucaq açan Avropa Parlamentinə reaksiya verərək bildirib: “Türkiyəyə hücum edən terror təşkilatları, “qırmızı bülleten”lə axtarılan terrorçular AP-də toplantılara qatıla bilir. Halbuki Avropa Parlamenti terrora dəstək verən bu işlərdən uzaq durmalıdır."

“Yeni Şafak”: Korona virusunda sonra Türkiyəyə yönəlirlər: iyunda tələb partlaması yaşana bilər

  Çində korona virusu epidemiyasından ən çox təsirlənən sektorların başında tekstil və hazır geyim gəlir. Dünyanın köklü hazır geyim və tekstil firmaları bu ölkədəki istehsalları dayandırmış və üzlərini alternativ bazarlara çevirmişlər. Tekstil və hazır geyimin Türkiyə iqtisadiyyatının ən mühüm sahələrindən biri olduğunu xatırladan sektor nümayəndələri iyundan ABŞ və Avropa bazarından ciddi tələb olacağı fikirindədir.

“Hürriyet”: Türkiyə qlobal dəyər zəncirlərinin əhəmiyyətli aktyorudur

  Dünya Bankının Türkiyə üzrə direktörü Oqüst Tano Kuame (Auguste Tano Kouame) qlobal dəyər zənciri içərisində Türkiyənin əsrlərdir yer aldığını bildirərək deyib: "Qlobal dəyər zəncirləri içərisində Türkiyəni artıq tekstil, hazır geyim, maşın, elektronika sektorlarında da görürük. İxracatçı və idxalatçı firmalar Türkiyədə daha sürətlə inkişaf edir”.



Әlaqәli Xәbәrlәr