Türkiyə mətbuatı, 03 fevral 2020

Türkiyə mətbuatında gündəmə dair əks edən xəbərlərin xülasəsi

1351990
Türkiyə mətbuatı, 03 fevral 2020

“Yeni Şafak”: Xarici İşlər Naziri Çavuşoğlu Çinə tibbi yardım materialları göndərdiklərini bildirib.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu : “Koca Yusuf təyyarəsiylə Çinin Wuhan bölgəsinə tibbi yardım göndərdik. Türkiyənin atdığı bu addım Çində yüksək qiymətləndirilib. Çinli rəsmilər yardımlara dair açıqlamalarında Türkiyənin Çinə ilk yardım göndərən ölkə olduğunu ifadə edərək minnətdarrıqlarını bildiriblər”.

“Star”: Nazirlikdə Koronavirus yığıncağı

Dünən koronavirus elmi komitəsinin iclası keçirildi. Səhiyyə naziri Fahrettin Koca tədbirdən sonra verdiyi açıqlamada Çinin Wuhan şəhərindən təxliyə edilərək Ankaraya gətirilən Türkiyə vətəndaşlarında epidemiya əlamətinin olmadığını, baxmayaraq tədbir məqsədiylə karantinə alındıqlarını və bunun 14 gün davam edəcəyini bildirib.

“Vatan”: Koronavirusa qarşı gömrüklərdə tədbirlər həyata keçiriləcək.

Ticarət naziri Ruhsar Pekcan, gömrüklərdə koronavirusla əlaqədar fəaliyyət qrupunun yaradıldığını, qrupun fəaliyyətlərinə Səhiyyə nazirliyindən işçilərin də qatılmasını tələb etdiklərini bildirib.

“Hürriyyət”: Türkiyə avtomobil bazarı 22 Avropa ölkəsini geridə qoydu.

Türkiyənin keçən il   satdığı   avtomobil və yüngül ticari vasitə  sayı   22 Avropa ölkəsinin satışından  daha  çox olub.

Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) yaydığı məlumatlar  çərçivəsində   hazırlanan hesabata görə 2019-cu ildə Türkiyənin avtomobil satışı Avropa İttifaqı və Avropa Azad Ticarət Birliyinə üzv ölkələrin ümumi bazarına müqayisədə 1.4 faiz artaraq 18 milyon 441 min 598 ədəd olub.

“Sabah”: “CNR” Kitab Sərgisi qapılarını ziyarətçilərə acır.

Bu il “Kəşf et” şuarı ilə təşkil edilən 7-ci Beynəlxalq “CNR” Kitab Sərgisi 8-16 Fevral tarixlərində CNR Expo İstanbul Sərgi Mərkəzində kitabsevərlərin ziyarətinə açıq olacaq. 300-dən çox yerli və xarici nəşriyyat şirkətinin qatılacağı Sərgi çərçivəsində 300-dən çox tədbir keçiriləcək. Sərgini 550 min adamın ziyarəti gözlənilir.



Әlaqәli Xәbәrlәr