Türkiyə Mətbuatı 17.01.2020

Türkiyə mətbuatında gündəmə dair əks edən mövzuların xülasəsini təqdim edirik.

1342412
Türkiyə Mətbuatı 17.01.2020

Hürriyet: “Prezident Ərdoğan Türkiyənin cənubundakı ərazilərdə sabitliyin bərpası uğrunda bütün imkanları səfərbər etməkdə davam edəcəklirini bildirib”

Prezident Rəcəb Tayyib Ərdoğan, dünən Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində təşkil edilən “2019-cu ili Qiymətləndirmə” yığıncağında çıxış edib. O: “Liviyadakı legitim hökumətin davam etməsi üçün bu ölkəyə əsgərimizi göndəririk. Türkiyənin təhlükəsizliyinin sərhədlərimizdən xaricində başladığının idrakı ilə bütün imkanlarımizdan cənubumuzda yerləşən regionda sabitliyin bərpası uğrunda istifadə etməkdə davam edəcəyik”-deyə vurğulayıb.

Sabah: “Nazir Dönməz milli avtomobil istehsalına dair açıqlama verib”

Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz dünən bir tədbirdə etdiyi çıxışında 2030-cu ildə Türkiyənin də buraxacağı yerli avtomobil daxil olmaqla 1 milyondan çox elektrik avtomobilin olacağına diqqət çəkib.

Vətən: “Nazir Albayrak: 2020-ci ildə yeni bir müvəffəqiyyət hekayəsi yazacağıq”

Xəzinə və Maliyyə Naziri Berat Albayrak sosial media hesabından yaydığı açıqlamada iqtisadiyyata mənfi təsir edəcək problemlərin öhdəsindən gəlinərək göstəricilərin yüksəltildiyini, 2020-ci ildə isə yeni bir müvəffəqiyyət hekayəsinin yazılacağını vurğulayıb.

Yeni Şafak: “2019-cu ilin 9 ayında xaricə səfərlər üçün 3,4, milyard dollar xərcləndi “

Türkiyədən 2019-cu ilin ilk 9 ayında xaricə səyahət edən vətəndaşlarımızın sayı əvvəlki ilin müvafiq dövrünə müqayisədə 11,9% artaraq 7 milyon 411 min 702 nəfərə çatıb. Bildirilir ki reallaşdırılan bu səyahətlər üçün 3 milyard 380 milyon 213 min dollar xərclənib.

Star: “ Türkiyədə daha əvvəl inkişaf etdirilmiş bir peyvəndin dəyişdirilərək Xərçəng müalicəsində istifadəsi ilə bağlı işlər aparılır”

İkinci Dünya müharibəsi dövründə Türkiyədə inkişaf etdirilmiş çiçək xəstəliyi peyvəndinin tərkibində dəyişikliklər aparılaraq xərçəng müalicəsində istifadə edilən dərmana çevrilməsinə çalışılır.



Әlaqәli Xәbәrlәr