Türkiyə mətbuatı, 16 yanvar 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1341785
Türkiyə mətbuatı, 16 yanvar 2020

“Hürriyet”: Çavuşoğlunun Misirlə bağlı reaksiyası: “Qəbuledilməzdir”

Xarici işlər naziri Mövlud Çavuşoğlu televiziya proqramlarından birində xarici siyasətdəki son vəziyyəti qiymətləndirdi. Nazir Çavuşoğlu açıqlamasında “Anadolu xəbər agentliyinin Qahirədəki ofisinə Misir polisinin müdaxiləsi qəbuledilməzdir, vacib olan addımları atırıq” dedi.

“Haber Türk”:  Nazir Akar: “Liviyada atəşkəs ehtimalının qalmadığını söyləmək üçün hələ tezdir”

Milli müdafiə naziri Hulusi Akar Türkiyənin həm Liviyada, həm də Suriya İdlibdə siyasi həll yolu ilə sülhün, dincliyin hakim olması, axan qanın dayanması üçün cəhd göstərdiyini olduğunu söylədi. Yanvarın 15-də paytaxt Ankarada mətbuat konfransı keçirən Akar Liviyada atəşkəs ehtimalının qalmadığı barədəki qiymətləndirmələr barədə “Bunu söyləyə bilmərik, həmin mövzuyla əlaqədar fəaliyyətlər davam edir” deyə bildirdi.

“Vatan”: Nazir Pekcanın Mərakeşdə qarşılıqlı sərmayə qoyuluşları çağırışı”

Ticarət naziri Ruhsar Pekcan Nigeriyadakı görüşlərindən sonra yanvarın 15-də Mərakeşə səfər etdi. Nazir paytaxt Rabatda Mərakeş Krallığının iqtisadiyyat naziri Moulay Hafid Elalamy ilə görüş keçirdi. Pekcan görüşdə etdiyi çıxışda Mərakeşin Türkiyənin əhəmiyyətli tərəfdaşlarından biri olduğunu, Türkiyədən iş adamlarının bu ölkədə daha çox sərmayə qoymasını gözlədiklərini bildirərək, “Mərakeşli iş adamlarını da Türkiyədə sərmayə qoymağa dəvət edirik” dedi.

“Star”: "Türkiyənin avtobus, mikroavtobus və midibüs ixracatı 2 milyard dolları aşdı"

Türkiyənin ixracında il əsasında dalbadal 14-cü dəfə lider olan avtomobil sənayesinin alt məhsul qruplarından 'avtobus-mikroavtobus-midibüs' ixracı 2019-cu ildə 2 milyard dolları keçdi. Fransa keçən il bu sektorun ən çox ixrac reallaşdırdığı ölkə oldu.

“Yeni Şafak”: Türkiyədə son 49 ilin ən isti ili yaşandı

Türkiyədə keçən il isti hava şəraitinin mövsüm normallarından yüksək olması səbəbindən son 49 ilin ən isti 4-cü ili yaşandı. Hidrometeorologiya İdarəsinin məlumatına görə, keçən il orta hesabla temperatur 1,3 faiz artaraq 14,8 oldu.



Әlaqәli Xәbәrlәr