Türkiyə mətbuatı, 7 yanvar 2020

Türkiyə mətbuatında gündəmə dair əks edən bəzi mövzuların xülasəsini təqdim edirik.

1335877
Türkiyə mətbuatı, 7 yanvar 2020

 

Sabah: “Prezident Ərdoğanın açıqlamaları”

Prezident Rəcəb Tayyib Ərdoğan dünən “KALƏ” adlandırılan Milli Kəşfiyyat Təşkilatının yeni binasının açılış mərasimində çıxış etdi. Milli Kəşfiyyat Təşkilatının çox ciddi vəzifələr icra etdiyinə diqqət çəkən prezident Ərdoğan: “Xüsusilə Suriya böhranının başladığı ilk gündən bəri sahədə əhəmiyyətli addımlar atan kəşfiyyatımız ölkə sərhədlərinin xaricində həyata keçirdiyimiz əməliyyatların uğurla nəticələnməsinə də böyük töhfə verdi. İndi isə Liviyada öhdəliklərini uğurla yerinə yetirməkdə səy edir. Bu dəyərli təşkilatın ölkəmizin və xalqımızın maraqlarını qorumaqda davam edəcəyinə inanıram”-deyə vurğulayıb.

Haber Türk: “Xarici işlər naziri Çavuşoğlunun Süleymani ilə bağlı açıqlaması”

Mevlut Çavuşoğlu İran İnqilak Keşikçiləri Korpusunun Qüds Qüvvələri üzrə komandiri general Qasim Süleymaninin ABŞ-ın planlı hücumu nəticəsində öldürülməsinə münasibət bildirib. O: “ Hadisənin bölgənin sabitliyi üçün ciddi təhdid yaratdığı gözdən yayındırılmamalıdır. Komandirin öldürülməsi ilə iki ölkə arasında tarıma çəkilən gərginliyi azaldacaq addımları qarşıdakı günlərdə digər ölkələr ilə əməkdaşlıq çərçivəsində atmaqda davam edəcəyik” deyib. 

Vatan: “Türkiyə 4 ayda 158 min ton fındıq ixrac etdi”

Türkiyə 4 ayda reallaşdırdığı fındıq ixracından 1 milyard 93 milyon 537 min 514 dollar gəlir əldə edib.

Qara Dəniz Fındıq və Fındıq Məhsulu İxracatçılar  Palatasının açıqladığı hesabata görə 2019-2020-ci il fındıq mövsümünün ilk 4 ayında (1 sentyabr-31 Dekabr 2019) 158 min 584 ton ixrac reallaşdırılıb. Bu da keçən ilin müvafiq dövrünə müqayisədə ixracın böyük nisbətdə artdığını göstərir. 2018-2019 mövzümündə ixrac həcmi 117 min 783 ton olmuşdu.

Star: “2019-cu ildə Avtomobil sektorunun reallaşdırdığı ixrac həcmində artım qeydə alındı”

Ötən il sektor 30,6 milyard dollarlıq avtomobil və ehtiyat hissələri ixrac edib.

Hürriyet: “2019-da Antalyaya gələn xarici  turistlərin   üçdəbir  hissəsini  Ruslar  təşkil  etdi”.

 2019-cu ildə Antalyaya gələn hər üç turistdən biri Rus olub.

Antalya Mədəniyyət və Turizm Müdirliyinin hesabatına görə keçən il şəhərə gələn xarici turist sayında 2018-ci ilə müqayisədə 17.14 faiz artım qeydə alınıb. Hesabatda   bildirilib  ki, 2019-cu ildə Antalyaya gələn 15 milyon 644 min 108 turistdən 5 milyon 582 min 763-ü Rus  olub.

 



Әlaqәli Xәbәrlәr