Türkiyə Mətbuatı 26.12.2019

Türkiyə Mətbuatı 26.12.2019

1329919
Türkiyə Mətbuatı 26.12.2019

Haber Türk: "Prezident Ərdoğan Liviya hökumətinin Türkiyədən bu ölkəyə hərbi qüvvə cəlb olunmasını istəməsi halında rəsmi Ankaranın buna biganə qalmayacağını bildirib.

Dünən Tunisə sürpriz səfər reallaşdıran Prezident Rəcəb Tayyib Ərdoğan yaydığı bəyanatda Liviyada atəşkəsin bərpa edilməsinin əhəmiyyətinə diqqət çəkib və Türkiyənin Fayiz es-Serracın rəhbərliyindiki legitim hökumətə dəstəyinin davam edəcəyini bildirib. Çevrilişçi Hafterə qarşı mübarizə edən legitim hökumətin Türkiyədən hərbi qüvvə tələbinə qarşılıq veriləcəyini vurğulayıb.

Yeni Şafak: "Türk Axını boru xətti layihəsi tamamlandı. 8 Yanvarda kəmərədən qaz axışı başlayacaq.

Rusiyanın təbii qazını Qara dəniz və Türkiyə üzərindən Avropaya çatdıracaq 935 kilometr uzunluğundakı Türk Axını boru xətti qaz axışına hazır hala gətirildi. Rus qazı Kıyıköy təsisində Avropaya çatdırılacaq günü gözləyir. Tamamlanan layihə 8 Yanvarda prezident Ərdoğan və Rusiya Dövlət Başçısı Putinin iştirakı ilə İstanbulda təşkil ediləcək açılış mərasimindən sonra rəsmi olaraq istifadəyə veriləci

Star: "Türkiyədən, Gürcüstana 100 milyon lirəlik yardım”

Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili, iki ölkə arasında hərbi və maliyyə sahələrində əməkdaşlıq edilməsini nəzərdə tutan razılaşma imzalayıb. Razılaşmaya görə Türkiyə Gürcüstan Müdafiə Nazirliyinə 100 milyon lirə (təxminən 17 milyon dollar) yardım təmin edəcək.

Hürriyet: “Sabah yerli avtomobilin təqdimatı reallaşdırılacaq”

Yerli avtomobilin görüntüsü səbirsizliklə gözləyir. Türkiyənin “Avtomobil Sənaye Qrupunun” sosial media hesabında bölüşülən fotoşəkillərdə yerli avtomobilin təkcə ön hissəsi görünür. Avtomobilin təqdimatı 27 dekabrda prezident Ərdoğanın iştirakı ilə təşkil ediləcək mərasimlə reallaşdırılacaq.

Sabah: "Türkiyənin 2020 iqtisadi göstəriciləri müsbətdir"

Türkiyə iqtisadiyyatına dair həyata keçirilən tədbirlər makroiqtisadi göstəricilərdə əks olundu. 2020-ci ildə iqtisadiyyatın inkişafına dair gözləntilər güzlənir.

Beynəlxalq Valyuta Fondu BVF, Dünya Bankı və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı, 2020-ci ildə Türkiyənin böyümə həcminin 3 faizdən çox olacağı mövzusunda həmfikirdilər. Ancaq Türkiyə bunun 5 faiz olacağını proqnozlaşdırılır.



Әlaqәli Xәbәrlәr