Türkiyә mәtbuatı: 6 dekabr 2019

Türkiyә mәtbuatında bu gün  dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1318638
Türkiyә mәtbuatı: 6 dekabr 2019

 

Türkiyә mәtbuatında bu gün  dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Yeni Şafak’’: Rәcәb Tayyib Әrdoğan İngiltәrәdә  media orqanlarının nümayәndәlәri ilә görüşüb.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyә, İngiltәrә, Almaniya vә Fransa arasındakı ikinci dördtәrәfli zirvә görüşünün İstanbulda keçirilәcәyini deyib.

NATO-nun liderlәr sәviyyәsindәki iclasına qatılmaq üçün İngiltәrәnin paytaxtı Londona sәfәr edәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan media orqanlarının nümayәndәlәri ilә görüşüb.

Dördtәrәfli zirvә görüşünün ildә bir dәfә keçirilmәsi ilә bağlı qәrar qәbul etdiklәrini bildirәn Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘İkinci zirvә görüşünü dә fevral ayında İstanbulda keçirәcәyik. Bunu öz aramızda qәrarlaşdırdıq’’.

 

‘‘Hürriyet’’: Mövlud Çavuşoğlu ATӘT vә FETÖ ilә bağlı xәbәrdarlıq edib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Fәtullahçı Terror Tәşkilatı FETÖ-yә mәnsub şәxs vә qrupların Avropa Tәhlükәsizlik vә Әmәktaşlıq Tәşkilatının bәzi toplantılarına qatıldığını ifadә edәrәrәk bu terror qruplaşmasının Türkiyә demokratiyasına zәrbә endirmәyә cәhd göstәrdiyini deyib.

 

‘‘Vatan’’:Bu ilin ilk on ayı ərzində İstanbula 12 milyondan çox turist gəlib

Bu ilin ilk on ayı ərzində İstanbula 12 milyon 690 min 576 xarici turist gəlib.

Bunu İstanbul valisi Ali Yerlikaya bəyan edib.  Məlumatda bildirilir ki, şəhərə gələn turistlərin əksəriyyəti almanlardır. 2019-cu ilin əvvəlindən oktyabr ayının sonunadək İstanbulu 965 min 115 Almaniya vətəndaşı ziyarət edib. Bu siyahıda ilk beşlikdə İraq, Fransa, İran və Rusiya vətəndaşları yer alırlar.

Vali şəhərə gələn xarici turistlərin sayının 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11,91 faiz artdığını bildirib.

 

‘‘Sabah’’: Prezident Aparatının İnvestisiya ofisinin rәhbәri Ermut deyib: ‘‘Türkiyә iqtisadiyyatına yatırılan xarici investisiyalarda artım müşahidә olunub’’

Türkiyә Prezident Aparatının İnvestisiya ofisinin rәhbәri Ermut bildirib ki,  Türkiyә iqtisadiyyatına yatırılan xarici investisiyalarda artım  müşahidә olunub. Türkiyә investorlara sәrfәli fürsәtlәr tәqdim edir.



Әlaqәli Xәbәrlәr