Türkiyə mətbuatı, 21 noyabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1309879
Türkiyə mətbuatı, 21 noyabr 2019

“Vatan” qəzeti: Prezident Ərdoğandan əhəmiyyətli açıqlamalar”

Prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 20-də Ədalət və İnkişaf Partiyasının mənzil qərargahında vilayət başçılarının yığıncağında çıxış etdi. Ərdoğan son bir neçə ildə Suriyada, İraqda, Şərqi Aralıq dənizində qaçqın məsələsində və digər müxtəlif mövzularda əldə etdikləri nəticələrin böyük bir müvəffəqiyyət olduğunu söylədi. Türkiyənin təhlükəsizlikdən iqtisadiyyata qədər bir çox cəbhədə eyni anda davamlılıq mübarizəsi verdiyi bir dövrdən keçdiyini vurğulayan Ərdoğan “Xarici təhdidlərin öhdəsindən gəlməkdə çətinliyimiz yoxdur. İstər sahədə olsun, istərsə də masada olsun ölkəmizin və millətimizin gələcəyi üçün təhlükə yaradan hər təhdidi aradan qaldırırıq" dedi.

“Sabah” qəzeti: Çavuşoğlu AP-nin sədrilə görüş keçirdi

NATO xarici işlər nazirləri toplantısına qatılmaq məqsədilə Bdlçikanın paytaxtı Brüsseldə səfərdə olan Çavuşoğlu AP binasında Sassoli ilə görüşdü. Çavuşoğlu görüşə dair sosial şəbəkə hesabındakı paylaşmasında “Brüsseldə Avropa Parlamentinin sədri David Sassolilə səmimi və icraedici bir görüş keçirdim” ifadəsini işlətdi.

“Yeni Şafak” qəzeti: Soylu: “368 min 217 suriyalı ölkəsinə qayıtdı”

Daxili işlər naziri Süleyman Soylu noyabrın 20-də verdiyi açıqlamada pilotsuz uçuş aparatlarının vasitəsilə aşkarlanan hədəflərdə bu il 363 olmaqla, cəmi 1444 terrorçunun zərərsizləşdirildiyini bildirdi. Nazir Soylu terror təşkilatları DEAŞ və PKK/YPG-yə qarşı həyata keçirilən əməliyyatlar nəticəsində 368 min 217 suriyalının ölkəsinə geri qayıtdığını söylədi.

“Hürriyət” qəzeti: “Türk axını” layihəsində iki boru kəməri də təbii qazla dolduruldu

Rus şirkəti Qazprom “Türk axını” layihəsində inşa edilən hər iki kəmər xəttinin də qazla doldurulduğunu bildirdi. Qazpromdan verilən açıqlamaya görə, “Türk axını” layihəsini qazla təmin edəcək Rusiyanın Anapa şəhərindəki Russkaya kompressor stansiyası fəaliyyətə hazırdır.

“Star” qəzeti: Yerli PUA-larda yeni xüsusiyyət: süni intellekt ilə fərqləndirir

Elektron Hərb sistemləri Mühəndisliyinin (EHSİM) baş direktoru Abdullah Çavuşoğlu yerli silahsız uçuş aparatlarında (PUA) istifadə olunan kameraların terrorçu fəaliyyətləri müəyyənləşdirmə və hesablamasında kömək olduğunu və hazırlanan süni intellekt sayəsində terrorçu-mülki fəaliyyətləri bir-birindən fərqləndirə bildiyini açıqladı.



Әlaqәli Xәbәrlәr