Türkiyә mәtbuatı, 18 oktyabr 2019

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1290251
Türkiyә mәtbuatı, 18 oktyabr 2019

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

 

Yeni Şafak: Rəcəb Tayyib Ərdoğan ‘‘Bəşəriyyətin qatı düşməni terrorizmə qalib gəldiyimiz zaman daha çox həyatlar xilas ediləcək’’

Cənab Prezident, biz bəşəriyyətin qatı düşməni terrorizmə qalib gəldiyimiz zaman daha çox həyatlar xilas ediləcək. Əminəm ki, birgə səylər bizim regionumuzda sülhün və sabitliyin qurulmasına kömək edəcək.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın “Twitter”dəki səhifəsində paylaşmasını şərh edərkən deyib.

Qeyd edәk ki, ABŞ prezidenti Donald Tramp dünәn Türkiyə prerzidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

ABŞ prezienti Türkiyə rəhbərinə minnətdarlığını özünün "Twitter"dəki səhifəsində bildirib.

"Türkiyədən əla xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək", - deyə Amerika Birlәşmiş Ştatları prezidenti yazıb.

 

Vatan: M.Çavuşoğlu: “Sülh çeşməsi” əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib''

 

Mövlud  Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pensin rəhbərlik etdiyi nümayəndə heyətilə keçirilən toplantılardan sonra təşkil edilən mətbuat konfransında çıxış edib.

ABŞ nümayəndə heyəti ilə PYD terrorçularının bölgədən çıxarılması, ağır silahların toplanması və mövqelərinin məhv edilməsi məsələsində razılığa gəlindiyini bildirən Çavuşoğlu qeyd edib ki, Amerika ilə Fərat çayının şərqində DAEŞ-ə qarşı mübarizə məsələsində də əməkdaşlıq olacaq.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fərat çayının şərqində aparılan ''Sülh çeşməsi'' əməliyyatına  5 gün fasilə veriləcəyini açıqladı.
 M.Çavuşoğlu bildirib ki, “Bu, atəşkəs deyil, sadəcə prosesə müvəqqəti ara verilib. Beş gün ərzində separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD Türkiyə-Suriya-İraq sərhədindən geri çəkilməlidir”.

 

 

Hüriyyet: ‘‘Milli Müdafiә naziri Hulusi Akar әhәmiyyәtli bәyanatlar verib’’

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar dünәn  verdiyi açıqlamada bu ifadәlәrә yer verib: "Terror təşkilatının kimyəvi silah istifadə edib günahı Silahlı Qüvvələrimizə atmağa, bununla bağlı şayiәlәr  yaymağa çalışacağına dair məlumatlar әldә etdik" . Nazir Akar həmçinin Türkiyә Silahlı Qüvvәlәrinin  inventarında kimyəvi silah olmadığını vә bunu hәr kәsin bildiyini deyib.

 

Star: "Türkiyə ilə Rusiya arasında әhәmiyyәtli görüş: Razılıq әldә olundu"

 

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın  dünən  Rusiya Federasiyasının  Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin rәhbәrlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdә  terror təşkilatlarının Suriyanın ərazi bütövlüyü üçün yaratdığı təhdidin qarşısının alınması mövzusunda razılıq әldә olunub.

 

Sabah: "Terror təşkilatına ağır zәrbәlәr edndirilib’’

Separatçı terror təşkilatı PKK-ya qarşı payız-qış aylarında keçirilәn  әmәliyyatlar nәticәsindә 118 terrorçu zәrәrsizlәşdirilib.

Bu barәdә Türkiyәnin Daxili İşlәr Nazirliyi açıqlama verib.

Açıqlamada terror tәşkilatı PKK-ya qarşı keçirilәn әmәliyyatlarla bağlı mәlumat verilib.

Nazirlikdәn bildirilib ki, separatçı terror tәşkilatı PKK-ya qarşı davam etdirilәn әmәliyyatlar çәrçivәsindә bu günәdәk 118 terrorçu zәrәrsizlәşdirilib.

Әmәliyyatlar zamanı terrorçular tәrәfindәn istifadә olunan çox sayda mağara, sığınacağın mәhv edildiyi qeyd olunub.

 

 



Әlaqәli Xәbәrlәr