Türkiyә mәtbuatı: 16.10.2019

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1289023
Türkiyә mәtbuatı: 16.10.2019

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

Sabah: ‘‘Әrdoğan Әzәrbaycanda әhәmiyyәtli açıqlamalar verib’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  Azərbaycanda keçirilәn Türk Şurasının VII sammitindә әhәmiyyәtli bəyanatlar verib. ‘‘Sülh çeşmәsi’’ әmәliyyatını qiymәtlәndirәn dövlәt başçısı Әrdoğan deyib: ‘‘Suriyada son sәkkiz il әrzindә yaşananlar göstәrdi ki, bir terror tәşkilatı ilә başqa bir terror qruplaşmasını mәhv etmәk mümkün deyil. Bu sәbәbdәn ‘‘Sülh çeşmәsi’’ әmәliyyatına start verdik. Bu günәdәk tәxminәn 1000 kvadrat metrlik sahәni terrorçulardan tәmizlәdik.’’.

 

Vatan: ‘‘Çavuşoğlu amerikalı hәmkarı Mayk Pompeo ilә telefon әlaqәsi saxlayıb’’

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu dünәn Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo ilә telefon әlaqәsi saxlayıb. Görüşdә hansı mövzuların  müzakirә olunduğu ilә bağlı mәlumat verilmәyib.

Mövlud Çavuşoğlu Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, sülh və əmin-amanlığı tәmin etmәk gətirmək məqsədilə Türkiyә  Silahlı Qüvvətləri tərəfindən Suriyanın şimalında YPG/PKK və DEAŞ terror təşkilatlarına qarşı başlanılan və Suriya Milli Ordusunun dәstәklәdiyi ‘‘Sülh çәşmәsi’’ әmәliyyatının ilk günündә dә Mayk Pompeo ilә telefon әlaqәsi saxlamışdı.

 

Hürriyet: ‘‘Türk Şurası sammitinin liderlәr görüşündә ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә bağlı birgә bildiriş yayımlanıb’’

Azərbaycanda təşkil edilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) VII zirvə toplantısında dövlət başçıları bəyannamə qəbul edərək “Sülh çeşməsi” hərəkatına dəstək verdilər.

 

Star: ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı  terrorçuları tәşvişә saldı’’

Türkiyә  Silahlı Qüvvələrinin  Suriya Milli Ordusu ilə Fərat çayının şərqində hәyata keçirdiyi ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı müvәffәqiyyәtlә davam etdirilir. Terror təşkilatı PKK/YPQ üzvü terrorçuların mülki geyimlә  yerli xalqın arasına qarışıb qaçmağa çalışdığı müəyyənləşdirilib.

 

Haber Türk: "Türk Cümhuriyyәtlәrinә 5 ildə 24,5 milyard dollar mәblәğindә ixrac hәyata keçirilib’’

Türkiyədən  2014-2018 illәri arasında  Orta Asiyadakı Türk Cümhuriyyətlərinə 24 milyard 519 milyon dollar mәblәğindә  ixrac həyata keçirilib. Bu çәrçivәdә әn çox  ixrac Azərbaycan olub.



Әlaqәli Xәbәrlәr