Türkiyə mətbuatı, 11 oktyabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1286255
Türkiyə mətbuatı, 11 oktyabr 2019

“Vatan” qəzeti: “Ərdoğanın “Sülh çeşməsi” hərəkatına dair açıqlaması”

Sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) rayon rəhbərləri toplantısında çıxış edən R.T.Ərdoğan deyib:

“Suriyada bütün proseslərə göz yumub Türkiyəni tənqid etməyi vərdiş halına gətirənləri ağla, vicdana və əxlaqa dəvət edirik.

  Hərəkatımızın məqsədi Suriyanın ərazi bütövlüyü və siyasi birliyinə töhfə verməkdir.

  Suriya torpaqları üzərində onlarla xarici gücün sanki nizə atdığı bir dövrdə Türkiyənin terroru əngəlləmək üçün başladığı bu hərəkata qarşı tənqidləri heç cür qəbul etmirik.

  Suriyanın birliyi, bərabərliyi üçün atdığımız addımlara söz atırlar. Onda siz kənarda durun. Biz yolumuza davam edirik.

“Yeni Şafak” qəzeti: “Akardan hərəkatla bağlı açıqlama: Mehmetciyin əhvalı çox yaxşıdır”

Milli müdafiə naziri Hulusi Akar paytaxt Ankarada jurnalistlərə “Sülh çəşməsi” hərəkatına dair açıqlama  verərək Suriyada Fərat çayının şərqindəki terror mövqelərini hədəf alan “Sülh çəşməsi (Barış Pınarı) hərəkatındə iştirak edən  Mehmetciklərin qəhrəmanlıq dastanı yazaraq, vəzifəsini yerinə yetirməyə davam etdiklərini, əsgərlərimizin əhvalının çox yaxşı olduğunu bildirdi yüksek" dedi.

“Star” qəzeti: “Terrorçular məktəb və xəstəxanalarda gizlənərək hücum edirlər”

Milli Müdafiə Nazirliyi Fəratın şərqini terror dəhlizinə çevirməyə cəhd göstərən PKK/PYD-YPG-li terrorçuların xalqın istifadə etdiyi bina, məktəb və xəstəxanalara gizlənərək Türkiyədəki mülki yaşayış yerlərinə minomyot və raketlərlə hücum etdiyini və günahsız mülki vətəndaşların yaralandığını bildirildi.

“Sabah” qəzeti: “THY-nın sentyabrda doluluq nisbəti 82,9 faiz oldu”

Türk Hava Yolları (THY) bu il sentyabr ayında 6,7 milyon sərnişin ilə doluluq nisbətini 82,9 faizə çıxardı.

“Hürriyət” qəzeti: “Zeytun ixracı 142 milyon dollara çıxdı”

Türkiyənin süfrəlik zeytun ixracı 2018-2019 sezonunda keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artaraq 142 milyon dollara çatdı. Zeytunun yarıdan çoxu Avropa İttifaqı ölkələrinə ixrac edildi.



Әlaqәli Xәbәrlәr