Türkiyə mətbuatı, 18 sentyabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1271698
Türkiyə mətbuatı, 18 sentyabr 2019

“Star” qəzeti: Ərdoğandan Avropa İttifaqı(Aİ) ilə vizanın ləğvinə dair dialoq prosesi sərəncamı”

Prezident Rəcəb Tayyib Ərdoğan Aİ ilə vizanın ləğvinə dair dialoq prosesi çərçivəsindəki meyarlara cavab verilməsi üçün fəaliyyətlərə sürət qazandırılması ilə əlaqədar sərəncam imzaladı. Sərəncamda “Vətəndaşlarımız üçün viza rejiminin ləğvinin qarşıdan gələn prosesdə tamamlanmasına imkan yaratmaq üçün Viza Rejiminin Ləğvi Yol Xəritəsində qeydiyyatlı meyarlara cavab verilməsilə bağlı fəaliyyətlərə sürət qazandırılması və Avropa Komissiyası tərəfindən cavab verildiyi təsdiqlənən meyarlara dair fəaliyyətlərin davamlılığının təmin edilməsi lazımdır” deyilib.

“Sabah” qəzeti: “Xarici İşlər Nazirliyindən Yunanıstana sərt reaksiya”

Xarici İşlər Nazirliyi Muratpaşa Bələdiyyə Spor-PAOK həntbol matçında baş verən bayraq böhranı üçün qınamaq üçün açıqlama verdi. Açıqlamada “13 sentyabr 2019-cu il tarixində Səlanikdə Muratpaşa Bələdiyyə Spor ilə PAOK arasında keçirilən həntbol matçında baş verən hadisə Yunanıstandakı Türkiyə əleyhinə olan millətçi və fatanik dairələrin bəd sifətini bir daha ortaya qoydu. Meydançada Yunanıstan bayrağı varkən Türkiyə bayrağının dirəyə çəkilməsinə mane olunmasını heç bir şəkildə qəbul etmirik. Yunanıstan rəsmilərini bir daha xarici düşmənçiliyi və zorakılıq tərəfdarı azərkəşlərin idman tədbirlərinə gəlməməsi məqsədilə lazımlı tədbirləri görməyə çağırırıq” deyildi.

“Yeni Şafak” qəzeti: “İstanbulda təqdim olunan uçan yerli avtomobil “Cezeri”yə böyük rəğbət”

Yerli imkanlarla 9 ay kimi qısa müddətdə tamamlanan uçan avtomobil “Cezeri” Texnofest İstanbul Aviasia, Kosmos və Texnologiya Festivalında nümayiş etdirildi. Rəğbətlə qarşılanan uçan avtomobil gələcəkdə şəhərdaxili nəqliyyatda istifadə olunacaq. “Cezeri” həm yük, həm də şəhərlərdə hava nəqliyyatını istiqamətləndirəcək.

“Haber Türk” qəzeti: “Sürücüsüz maşınlara ən çox rəğbəti Türkiyə göstərir”

Mühasibat, yoxlama, vergi və rəhbərlik məsləhətçiliyi xidməti göstərən beynəlxalq firma Deloitte və Türkiyə Avtomobil Distributor Dərnəyinin birgə fəaliyyəti nəticəsində sürücüsüz maşınlara ən çox marağın Türkiyədə olduğunu ortaya qoydu. Qlobal olaraq araşdırıldığında, sürücüsüz maşınlara ən çox maraq 67 faiz ilə Türkiyədə göstərildikdə, Türkiyəni 54 faiz ilə Almaniya, 48 faiz ilə İngiltərə və 47 faizlə də ABŞ təqib izlədi.

“Hürriyət” qəzeti: “sayı 11 milyonu keçdi. Bütün zamanların rekordu qırıldı”

Dəniz, qum və günəşilə insanları özün valeh edən, tarixi şəhərlərilə insanları tarixə səyahət etdirən, misilsiz çimərlikləri, mağaraları, kanyon və şəlalələrilə dünyanın əhəmiyyətli turizm bölgələrindən biri olan Antalya vilayəti cazibə mərkəzi olmaqda davam edir. “Turizmin paytaxtı” olara səciyyələndirilən Antalyaya bu il 1 yanvar-15 sentyabr dövründə gələn xarici turist sayı 11 milyon 450-ə çıxdı. Bununla da gündəlik və aylıq səviyyədə gələn turist sayında bütün zamanların rekordları qırıldı.



Әlaqәli Xәbәrlәr