Türkiyə mətbuatı, 26 iyul 2019

“Haber Türk”, “Vatan”, “Star”, “Yeni Şafak” və “Hürriyyət” bu gün nələrdən yazır?

1242820
Türkiyə mətbuatı, 26 iyul 2019

“Haber Türk”: Komandanlıq Suriyaya əməliyyatı ilə bağlı görüşdü

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Amerika Birləşmiş Ştatlarından (ABŞ) gələn heyətlə keçirilən görüşə dair açıqlamasında Suriyada təhlükəsiz zona ilə bağlı deyib: "Bütün fikirlərimizi, təkliflərimizi gələn heyətə çatdırdıq. Bunları araşdırıb cavablarını tezliklə vermələrini gözləyirik. Bizim gecikməyə səbrimiz yoxdur. Lazım gələrsə, təşəbbüsümüzü istifadə edəcəyik".

“Vatan”: Türkiyə hava müdafiəsini gücləndirir

  Türkiyə Milli Müdafiə Nazirliyi Rusiyadan alınan S-400 hava müdafiə sistemlərinin birinci qrup materiallarının 25 iyulda gəldiyini açıqladı. S-400-ün işlərinin başlandığı və davam etdiyini söyləyən hərbi rəsmilər ikinci qrup materiallarının da Ankarada quraşdırılacağını bildiriblər.

“Star”: F-35 layihəsində Türkiyənin rolu: 900 fərqli parça istehsalı

  Türkiyə müdafiə sənayesi şirkətlərinin Müştərək Hücum Təyyarəsi (F-35) layihəsində rəqabətli qiymətlərlə əldə etdikləri maya dəyərini aşağı çəkir. Təyyarənin orta gövdəsindən eniş komandasına, mühərrikindən qanadına qədər bir çox parçalar Türkiyə firmaları tərəfindən istehsal olunur. 400-dən çox F-35-in hissələrinin 6-7 fazinini Türkiyə iş öhdəsinə götürüb. Türkiyə F-35 layihəsindən çıxarılarsa, hər təyyarənin dəyəri 7-8 milyon dollardan 10 milyon dollara qədər artar.

 “Yeni Şafak”: Avropa İttifaqı sözünü tutmadı, Türkiyə müqaviləni təxirə saldı"

  1 oktyabr 2014-cü ildə qüvvəyə minən və qanunsuz yollarla Türkiyə ərazisindən Aİ ölkələrinə girən qaçqınların Türkiyəyə qaytarılmasını nəzərdə tutan Türkiyə - Aİ Geriqəbul Müqaviləsi Avropa İttifaqının vəd etdiyi sözləri tutmaması ilə bağlı təxirə salınıb. Mövzu ilə bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: "Geriqəbul Müqaviləsi və Türkiyə vətəndaşlarına sərbəst viza tətbiqi eyni zamanda qüvvəyə minməlidir. Müqavilənin əsas məqsədi qanunsuz miqrasiyanın qarşısını almaq və Avropaya qaçqın axınını qanuni yollarla məhdudlaşdırmaqdır”.

“Hürriyyət”: Rusiya xüsusi və xidməti pasportlar üçün vizanı qaldırır

  Rusiya prezidenti Vladimir Putin imzaladığı sərəncamla xüsusi və xidməti pasportu olan Türkiyə vətəndaşlarının Rusiyaya girişi üçün viza və xidmət şərtlərinə son qoydu.



Әlaqәli Xәbәrlәr